SSRİ çempionu olduğunu iddia edən Etibar Əliyev küçələrdə gecələyir – FOTO

Ömrünün 30 ilini boksa həsr etdiyini bildirən 58 yaşlı şəxs küçələrdə gecələyir.

 Əliyev Etibar Nadir oğlu deyir ki, gənclik illərində mütəmadi idmanla məşğul olub və boks üzrə SSRİ çempionu olub. Hazırda səhhətində ciddi problemlər var və onun böyrəkləri öz funksiyasını itirib, sidik kisəsinə isə kateter qoşulub.

Yaxınlarını itirən Etibar Əliyev Nəsimi rayonu Rəsul Rza küçəsində, “Qış parkı”nın yaxınlığında, küçədə gecələyir.

Source link