Dr. Mohammad Hossein Yahyai, ölkəmizin siyasi, iqtisadi, mədəni və sosial sahələrinin tədqiqatçısı, araşdırmacısı və ekspertdir. Onun bir çox tədqiqatı məşrutə inqlabı dövründən bu günə qədər Azərbaycan xalqının azadlıq mübarizəsinə həsr olunmuşdur. Onun tədqiqatında 21 Azər hərəkəatı və Milli hökumətin yaranma zəmini ğzünəməxsus yer tutur. Bu sahədə yüzlərlə məqaləT müsahibə və kitab nəşr etdirmişdir.
Azərbaycan Demokratik Firqəsinin internet saytı Dr.Yəhyai ilə görüşdə 1325-ci günəş ilinin mayında Azərbaycan Muxtar Hökumətinin 1 May Beynəlxalq Zəhmətkeşlər Gününü necə qeyd etməsi ilə bağlı onun fikrini öyrənməyə çalışmış.
Sual: Yoldaş Yəhyai, dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Sizi Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə təbrik etməklə yanaşı, 1325-ci il mayın 1-də Azərbaycan Muxtar Hökumətinin Təbrizdə keçirdiyi böyük bayram haqqında fikirlərinizi öyrənmək istərdik. Zəhmət olmasa, bu mərasimin necə keçirildiyini haqda öz münasibətinizi bildirin ….. O gün işçilərin, zəhmətkeşlərin tələbləri və şüarları nə idi?
Cavab: Sualınıza cavab verməzdən əvvəl yaxşı olar ki, ilknövbədə bir may tarixinin yaranmasına müxtəsər işarə edim. Demək olar ki, 1 May, dünya fəhlə hərəkatı tarixində dönüş nöqtəsi sayılır. Amansız kapitalizm mənfəəti və kapital yığımını artırmağa tələsdiyi zaman fəhlə sinfi uzun iş saatlarının və qiymətlərin gündən-günə bahalaşmanın təzyiqi altında gücünü itirməkdə idi. Bu zaman bir qrup tekstil işçisi və digər zəhmətkeşlər ailələri ilə birlikdə küçələrə çıxaraq nümayiş etdilər. Onlar Çikaqo şəhərində əllərindəki boş qazanları döyməklə aclıqlarını dilə gətirərək, bəyan edirdilər. Plis tərəfindən bu nümayiş qanlı şəkildə yatırıldı. Lakin onun əks-sədası Avropada eşidildi. Bu hadisə isə heç vaxt qəddar kapitalizmin bəyənmədiyi böyük fəhlə hərəkatına çevrildi.
İlk illərdən etibarən 1 May hərəkatı dünyanın solçu qüvvələrinin və mütərəqqi ziyalılarının diqqətini özünə cəlb etdi. Limanlarda, fabriklərdə, təsərrüfatlarda və əmək mərkəzlərində zəhmətkeş kütlələr bunu Fəhlə və Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü kimi qədə qeyd edirdilər. İranda da solçu qüvvələr ötən əsrin əvvəllərindən bu günü qeyd etməyə başladılar. Lakin hər dəfə istibdad və avtoritar rejimlərlə üzləşsələr də, təslim olmayaraq, həmin günü uğurla qeyd etmək üçün mübarizələrini davam etdirdilər.
İkinci Dünya Müharibəsi dünyada yeni şəraitin hökm sürürməsinə səbəb oldu. İranda İran Tudə Partiyası yarandı. O, qısa müddət ərzində fəhlələri təşkilatlandırıb və neft sənayesi mərkəzlərində “Birləşmiş Mərkəzi Fəhlə Şurası”nın təşkilinə, habelə çoxsaylı fəhlə mətbuatının nəşrinə nail oldu. Partiya Azərbaycanda (Təbrizdə) ikinci əyalət komitəsini yaratdı. Təbriz, bölgənin(region) sənaye və ticarət bölmələrindən biri sayılırdı. Deməli, “Birləşmiş Mərkəzi Fəhlə Şurası” minlərlə işçini birləşdirərək ən mühüm mübarizə mərkəzlərdən birinə çevrilə bildi.
Azərbaycanın siyasi-ictimai quruluşu vəziyyətdə idi ki, əhalisinin əksəriyyəti kəndlərdə yaşadığı üçün kəndli mənşəli idi. İran Tudə partiyası sinfi mübarizə apararaq kəndlilərin və kəndli yoxsulların böyük bir hissəsini təşkilatlandıra bildi. Azərbaycan Demokratik Firqəsinin yaranması və siyasi fəaliyyətinin genişlənməsi ilə bu partiya kəndli, və zəhmətkeş kütlələri tdaha geniş formada təşkilatlandırıb , onları cəmiyyətin siyasi-iqtisadi fəaliyyətində iştirak etdirə bildi.
Azərbaycan Demokrat Firqəsi yarandıqdan və qurultay çağırıldıqdan sonra Məşrutə Konstitusiyayanın əlavələrində qeyd olunan mühüm prinsipinə (Əyalət və vilayət Əncümənləri) prinsiplərinə uyğun olaraq, milli amallara söykənərək öz muxtar hökumətini formalaşdırdı. Ona görə də ilk dəfə olaraq bir may günü Azərbaycan Milli Hökuməti tərəfindən rəsmi gün kimi tanınaraq qeyd edildi. Maraqlıburasındadır ki, bu hökumətin baş naziri Seyid Cəfər Pişəvəri Milli Məclis tərəfindən əmək naziri seçilmişdir.
Sual: Azərbaycanın muxtar hökuməti bir may mərasimində fəhlə və zəhmətkeşlərin tələblərinə diqqət yetiribmi? Əgər belədirsə, o, hansı tədbiri həyata keçirib?
Cavab: – Mayın 1-də Azərbaycanın müxtəlif şəhərlərindən minlərlə insan Təbrizə axışdı. İnsanların sevinci heyrətedici idi. O bayram şənliyində təkcə işçilər deyil, əhalinin müxtəlif təbəqələri, xüsusilə də qadınlar iştirak edirdi. Simalarda xoşbəxtlik və gülüş aydın görünürdü. Tehran və Təbrizdə firqə ilə mərkəzi hökumət arasında danışıqlar davam etsə də, azadlıq şövqü gecə saatlarına qədər şəhərin müxtəlif yerlərində musiqi sədaları altında davam etməkdə idi. Demək olar ki, heç vaxt Azərbaycan bu günü unutmayacaq. Həmin gün onların tələbləri əmək hüquqları, siyasi azadlıq və öz müqəddəratını təyinetmə hüququ idi. Milli hökumət özünü xalqın nümayəndəsi və onun qulluqçusu hesab edirdi. O, fəhlələrin, sənətkarların və kəndlilərin hüquqlarına xüsusi diqqət yetirirdi. Təbriz uzun müddət sənətkarlıq, toxuculuq, xalçaçılıq, ayaqqabı tikmə və digər sənaye sahələrinin mərkəzi olmuşdur. Demək olar ki, milli hökumət fəhlələrin və zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq üçün yeni əmək qanunu qəbul etdi.
Sual: 1325-ci ildə Beynəlxalq Zəhmətkeşlər Gününün qeyd olunması bütün İranda fəhlə və zəhmətkeşlərə mesaj verdimi?
Cavab: Şübhəsiz ki, təsiredici idi. Milli azadlıq dalğası bütün İranı bürüdü. “Birləşmiş Mərkəzi İşçi Şurası” Xuzistanın neft sənayesində böyük mitinq keçirdi. Bu mitinqdə fəhlələrin nümayəndəsi əvvəlcə neft sənayesinin milliləşdirilməsini irəli sürdü. Bu təklif, işçilər tərəfindən müsbət qarşılansa da, İngiltərəni qəzəbləndirdi. İngiltərə, ona bağlı neft şirkəti qısas almağa can ataraq, İran Tudə Partiyasını və onun həmkarlar ittifaqlarını qanundan kənar elan etmək niyyətində idi. Demək olar ki, İranda neft sənayesinin milliləşdirilməsi üçün zəmin Bir May və fəhlə hərəkatı olmuşdur. Amma bəziləri bunu başqalarına aid edirlər.
Sual: Azərbaycanda milli hökumətin məğlubiyyətindən sonra fəhlə hərəkatının şəraiti necə idi?
Cavab: Mərkəzi hökumətinin qətl, cinayət, qanlı represiya müşaiət olunan hücumu nəticəsində şiddətlə milli hökumət yatırıldı. Bu dəhşətl faciədən sona sərt repressiya və sürgün siyasəti aparıldı. . Minlərlə işçi aktivisti ya ölkəni tərk etdi, ya da cənubda olan başqa məntəqələrə(Bədrabad, Lorestan) sürgün edildi. Mərkəzi hökumətin məqsədi Azərbaycan bölgəsində fəhlə hərəkatını məhv etmək idi. Şah rejimi də avtoritar rejimlər kimi qəti şəkildə Bir May bayramının keçirilməsinə qarşı çıxırdı. Amma imüxtəlif yollarla şçilər bu günü, o cümlədən iş yerində şirniyyat paylamaqla qeyd etməyə çalışır və can atırdılar.
Sual: Fəhlə hərəkatının Bəhmən İnqilabının qələbəsində təsiri necə oldu və inqilab hakimiyyətinin fəhlə hərəkatına münasibətini izah edin?
Cavab: Şah rejimi hər hansı fəhlə təşkilatına və fəaliyyətinə qarşı mübarizə apardığı üçün həmkarlar ittifaqı fəallarını tutaraq həbs edirdi. Beləliklə, fəhlə sinfi digərlərindən gec inqilaba və siyasi nümayişlərə qoşuldu. Lakin o, inqilabın taleyinidə həlledici rol oynayaraq, onu qələbəyə çatdırdı. İlk illərdə İslam Respublikası rejimi nəhəng işçi qüvvəsi ilə qarşılaşa bilmədi. Ancaq sonralar güc toplayaraq, əmək əleyhinə qanunları tətbiq etdi. İslam ittifaqlarını fəhlə ittifaqı ilə əvəz etdi. Mürtəce fikirlərdən istifadə edərək işçilər arasında nifaq toxumu səpməyə və nəhayət, fəhlə evinə nəzarət etməyə çalışdı. Fəhlələri aldatmaq üçün parlamentdə əslində sarı həmkarlar ittifaqları deyilən fəhlə fraksiyası yaratdı. Əlirza Məhcub Fəhlə Evinin nümayəndəsi və İslami Şura Məclisində daimi nümayəndədir. Ona görə də Bir May bayramının keçirilməsinə qarşı çıxır və rejimın siyasətinə uyğun hərəkət edir.
Sual: Yoldaş Yəhyai, Sovet İttifaqının dağılmasından sonra Beynəlxalq Zəhmətkeşlər Günü və ya Bir Mayda vəziyyəti necə görürsünüz?
Cavab: Sovet İttifaqı dağılandan sonra bəzi keçmiş sosialist ölkələri illərlə anım günü kimi qeyd etdikləri bu mühüm günü öz təqvim tarixlərindən çıxarıblar. Bəzi ölkələr hələ də bunu rəsmi şəkildə qeyd edir və öz tələblərini hökumətlərə bildirirlər. Əmin olan odur ki, bu gün bütün dünya üzrə kapitalın qloballaşmasına qarşı müqavimət edən və bütün dünyada öz hüquqlarını müdafiə edə bilən işçilər həmrəyliyini xatırladır.
– Yoldaş Yəhyai, faydalı izahatlarınıza və bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik. Sizə cansağlığı və firavanlıq arzulayırıq. Uğurlar.
– Mənə Bir May haqqında danışmaq imkanı yaratdığınız üçün bir daha təşəkkür edirəm.