“1918-ci il hadisələri -UNUDULMAYAN TARİX” sənədli filminə baxmağı tövsiyə edirik

Bu gün bir çoxları dəyər verməsə də biz 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə aparmışıq. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu.
Nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2009-2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub.
Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru, Mübariz Nağıyevdir.
Araşdırmalarımız nəticəsində xeyli sayda 104 il bundan əvvəl baş vermiş soyqırım haqqında canlı şahidlər danışıblar. Bu gün həmin canlı şahidlərin hamısı dünyadan köçüb. Bizim gördüyümüz işlər isə lazımı şəkildə dəyərləndirilməsə də ortadadır. tarix üçün qalacaq.
Dəyərli dostlar, “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” filminə baxıb öz fikirlərinizi bildirin.
1918-ci il hadisələri- unudulmayan tarix
YOUTUBE.COM
1918-ci il hadisələri- unudulmayan tarix
Film Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə