Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 30-cu ildönümü ilə bağlı, 28 yanvar 2022 il tarixli sərəncam imzalamışdır. Bir çox xarici ölkələrdə də Xocalı –Genosidi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə,“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi tərəfindən, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 26 fevral 2022 il tarixində Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatı ilə birgə “Xocalı Genosidinə – Ədalətli Baxış” mövzusunda tədbir keçirilmişdir. İlk öncə Azərbaycanın dövlət himni səsləndirilmiş və Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Xocalı faciəsini əks etdirən qısametrajlı tarixi videofilm göstərilmişdir. Tədbiri acan Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının sədr müavini Könül Abbasova Xocali faciəsi barədə ətraflı məlumat verdi və Bakıdan bu məqsəd ücün gələn qonaqları salamladı. Daha sonra söz, layihə rəhbəri politoloq Tofiq Əli-zadə layihənin məqsədi barədə danışarkən bildirdi ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdu..Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.SXocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi..Son illərdə də haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmişdir.Hazırda Xocalı soyqırımı, bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.Xocalı Genosidi zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş, uzun illər bu ölkədə yaşayan soydaşlarımızın və yerli ictimaiyyət numayəndələrinə məlumat vermək və
bu barədə tədbirlər təşkil etməkdir. Tədbirdə layihənin rəhbəri, politoloq Tofiq Əli-zadə və AMEA-nın şöbə müdiri, siyasət üzrə fəlsəfə doktoru Elvin Talışınski 26 fevral 1992-ci ildə ermənilərin Xocalıda törətmiş genosidi əks etdirən tarixi faktlar səsləndiriıdi. Natiqlər söylədi ki, Xocalı genosidinin törədilməsindən 30 il keçməsinə baxmayaraq bütün qatillər layiqli cəzalarını gec tez alacaqlar. Daha sonra Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının sədr müavini Könül Abbasova, Sankt-Peterburq şəhəri Çinar Azərbaycan Mədəni Maarif Mərkəzinin sədri Xeyransa Mirzoyeva, həmin mərkəzin sədr müavini Ülviyyə Abbasova, ictimai fəal Fizuli Cavadzadə çıxış etdilər. Xocalı Genosidi barədə tutarlı faktlarla cıxış edəcəklər. Deyiləcək ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi..Son illərdə də haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmişdir.Hazırda Xocalı soyqırımı, bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.Düşünürük ki,Xocalı Genosidinə hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.Azərbaycan xalqı heç bir vaxt Xocalı Genosidini unutmamalıdır. Sonda bir qrup diaspora fəallarına təşkilatın Fəxri Fərmanları təqdim olundu.