Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlər təşkil ediləcək
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azad Müəllimlər İctimai Birliyinin 01.02.2022-ci ildən 01.06.2022-ci il tarixinədək Bakı şəhərində həyata keçirdiyi “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” adlı layihə çərçivəsində gənclər və yeniyetmələr üçün 10 seminar və 6 dərnək təşkil ediləcəkdir.
Bu barədə saytımıza məlumat verən Azad Müəllimlər İctimai Birliyinin sədri, “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Pərvanə Talıbova bildirdi ki, layihənin əsas məqsədi gənclərdə və yeniyetmələrdə milli şüuru formalaşdırmaq uçün oxu mədəniyyətini inkişaf etdirməkdir.