Vergi Məcəlləsinə edilən dəyişikliklər QHT-lərə necə təsir edir? – İZAHAT

1 yanvar 2022-ci ildə qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklər QHT-lərə necə təsir edir? Bununla bağlı MG Consulting-dən QHT.az-a aşağıdakıları bildiriblər:
1. Bank ödəniş tapşırıqlarında əlavə məlumatlar yazılmalıdır;
2. Mikrosahibkarlıq subyekti olan fərdi sahibkarlar (misal üçün, ekspertlər və s.) və hüquqi şəxslər gəlir və xərclərinin uçotunu aparmalıdırlar (əks halda 75% gəlir vergisindən azadolma güzəşti tətbiq olunmayacaq və gəlirindən vergi 20% hesablanacaq);
3. Dövlət tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılan fondlara edilən ianə 8 il vergidən azad olunur;
4. Ezamiyyə zamanı hotel qəbzi yoxdursa, ezamiyyə xərcinin 50%-i xərc kimi hesab edilir;
5. VÖEN bağlananda əmlak vergisi bəyənnaməsi təqdim edilməlidir.