Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə 22 yanvar 2022-ci ildə Şahənşah sarayında əməkdar mədəniyyət işçisi aşıq Fətulla Əliyevin 80 illik yubileyi qeyd edildi.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə 22 yanvar 2022-ci ildə Şahənşah sarayında əməkdar mədəniyyət işçisi aşıq Fətulla Əliyevin 80 illik yubileyi qeyd edildi.

Aşıq poeziyasının inkişafında xidmətləri olan aşıqların təbliği və gənc nəslin milli ruhda tərbiyə olunması üçün milli dəyərlərimizin təbliği Dədə Ələsgər Ocağı İctimai Birliyində qarşıya qoyulan ən mühüm vəzifələrdəndir.
Göyçə mühitinin yetirməsi olan Aşıq Fətulla Aşıq İman, Aşıq Mehdi, Aşıq Talıb kimi ustad Aşıqlardan dərsini almış və beləliklə Ulu Göyçənin qoşa zirvələri olan Alı-Ələsgər məktəbinin nümunəvi məzunu olmuşdur.
Tədbirdə çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli yubilyarı 80 yaşının tamam olması münasibətilə təbrik etdi və aşıq poeziyasında xüsusi xidmətlərinə görə “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif etdi.

Tədbirdə saz-söz adamları, QHT nümayəndələri, yubilyarın yaxınları, sənətinin vurğunları, aşıqlar çıxış edərək ustad aşığa təbriklərini və xoş arzularını çatdırdılar. Hörmətli professor Ələddin Alahverdiyevin Moskva şəhərindən yubliyara ünvanladığı təbrik mesajı səsləndirildi.

Sonda aşıq poeziyasının təbliğində xidmətləri olan əməkdar mədəniyyət işçisi aşıq Bəhmən Kazımov, aşıq Nəbi Nağıyev, aşıq Rəfiqə Quliyeva və Aşıq Xanlar Alqayıt “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edildilər və Xətai Ələsgərli aşıq poeziyasının inkişafında hər birinə yaradıcılıq uğurları arzuladı.