DAUİB-liyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bəyanati

20 Yanvar faciəsindən 32 il ötür.Sovet ordusunun xalqımıza qarşı törətdiyi 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi.
Bu qanlı hadisələr zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, o dövrdə Sovet dövlətinin rəhbərliyi tərəfindən Ermənistana dəstək verilməsi nəticəsində Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı törədilib,
Lakin təəssüflə qeyd etmək istərdik ki, insanlıq əleyhinə törədilmiş soqirimi XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib,
bu günə kimi bu vəhşiliyin sifarişçiləri və icraçıları cəzalandırılmayıb.
İnanırıq ki, tezliklə 1990-cı il 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilərək bu qanlı cinayəti törədənlər məsuliyyətə cəlb olunacaq.
Biz beynəlxalq qurumları və bütövlükdə dünya ictimaiyyətini insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən, eləcə də beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırırıq”.
Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə biz beynəlxalq qurumları və bütövlükdə dünya ictimaiyyətini insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən, eləcə də beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırırıq”.
Dünya anan və uşaqlar ictimai birliyi.