DƏMİR YUMRUQ kitabının təqdimat mərasimi keçirilib

 Otuz ilin həsrəti – 44 günün Dəmir Yumruq kitabının təqdimatı yanvar 14-də keçirildi. gvb.ucoz. comÖndər daxil olan Elm təhsil nəşriyyatı tərəfindən çap olunan yeni nəşrdə müəlliflər Gənc Vətənpərvərlər İctimai Birlioyin Sədr müavini ,Avropa Arbitraj Məhkəməsinin Hakimi, Turxam Qurban oğlu Mahmudov və AYB-nin və AJB-nin üzvü ,Qızıl qələm laureatı Kərimov Rahib Ağa oğlu tərəfindən yazılan bu kitabda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümündən bəhs edir . Şanlı Ordumuz işğal altında olan ərazilərimizi birdəfəlik işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandığından,30 il həsrət qaldığımız Vətən torpaqlarında indi artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır . Tanınmış QHT-n yazıçı və ziyalıların, iştirak etdikləri tədbirdə kitabın müəllifləri AYB-nin və AJB-nin üzvü ,Qızıl qələm laureatı Kərimov Rahib Ağa oğlu və Gənc Vətənpərvərlər İctimai Birlioyin Sədr müavini ,Avropa Arbitraj Məhkəməsinin Hakimi, Turxam Qurban oğlu Mahmudov Qarabağ müharibəsindən bəhs edən qiymətli mənbə kimi dəyərləndirilib. Öntər TV baş redaktoro Ramil Əliyev qeyd edib ki, indiyədək Qarabağ döyüşləri haqqında çoxsaylı kitablar yazılsa da, Turxan Maxmudovun və Kərimov Rahibin müəllifi olduğu nəşr bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir . Gənc Vətənpərvərlər İctimai Birlioyin Sədri Muğan Əliyev vurğuladı ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan əsgəri ermənilərin özləri barədə uydurduğu “qəhrəman xalq” mifini darmadağın etdi: “Bu müharibə bizim üçün ən böyük zəfər möcüzəsi idi. Bu möcüzənin yaradıcısı Azərbaycan xalqının birliyi, müzəffər ordumuz və ordunun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevdir”. Ancaq unutmamalıyıq ki, bir əl yumruqdursa, o biri əldə də qələm tutmalı və qələmlə də qalib gəlməliyik. Qarabağın Azərbaycan torpağı olduğunu isbat edə bildi və biz qələmlə bu qələbəyə öz töhfəmizi verdik. Bu kitab bir neçə il bundan əvvəl yazılsaydı, nisgil dolu hisslərlə yazılardı. Amma nə yaxşı ki, belə olmadı, bu kitab qələbə ruhlu bir nəşrə çevrildi”. Sonra Muğan Əliyev kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdi və Gənc Vətənpərvərlər İctimai Birliyin sədr müavini Turxan Maxmudova bu təşəbbüsünü yüksək qiymətləndirdi: