Qrant müsabiqəsi ilə bağlı konsultasiya keçiriləcək

11 yanvar tarixində Bakıda Beynəlxalq Visegrad + Fondunun elan etdiyi qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı görüş keçiriləcək. Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutacaq görüş saat 14:00-də başlayacaq.
Görüş məlumat xarakteri daşıyır və üzv təşkilatları qrant müsabiqəsinin şərtləri ilə bağlı məlumatlandırmaq, layihə yazılışı ilə bağlı vacib məqamları vurğulamaq və onların suallarını cavablandırmaqdır.
Konsultasiyada iştirak etmək üçün  qeydiyyatdan keçmək mütləqdir. Son müraciət tarixi 10 yanvardır.
Visegrad + Fondunun qrant müsabiqəsinə müraciət üçün son tarix 1 fevral 2022-ci ildir.