Qazaxıstan prezidenti vəziyyətin sabitləşdirilməsi ilə bağlı göstərişlər verdi


Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi ilə bağlı bir sıra tapşırıqlar verib.

Tokayev sosial əhəmiyyətli ərzaq məhsullarına dövlət qiymət tənzimləməsini tətbiq etməyi tapşırıb. Qərarı konkret regionun sosial-iqtisadi vəziyyətini nəzərə alaraq rayonların icra başçısı qəbul edəcək.

Digər tapşırıqlar bunlardı:

“Fiziki şəxslərin müflisləşməsi haqqında” qanun layihəsinin hazırlanmasına başlamaq;

Əhali üçün 180 gün müddətində kommunal xidmət tariflərinin artırılmasına moratoriumun tətbiq edilməsi zərurətinin nəzərdən keçirilməsi;

Əhalinin sosial cəhətdən həssas təbəqələri üçün ikinci dərəcəli mənzillərin kirayə haqqının subsidiyalaşdırılması məsələsinə baxılsın;

Səhiyyə və uşaqların problemlərini həll etmək üçün özəl və dövlət mənbələrindən maliyyələşdirilən “Qazaxıstan xalqına” ictimai fondu yaradılsın.

Maye qazın satışı zamanı mümkün qiymət sövdələşməsi araşdırılsın;

Maye qazın internet vasitəsilə satışına tam keçidi bir il müddətinə təxirə salınsın;

Qaz sənayesinin inkişafı üzrə kompleks plan yekunlaşdırılsın.

Bundan əvvəl Tokayev altı ay müddətində mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinin tənzimlənməsi barədə göstəriş vermişdi.

Mənbə: Sputnik Qazaxıstan

Source link