Sabah Bakıda intensiv yağış yağacaq


Bakıda və Abşeron yarımadasında dekabrın 22-də arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə olacaq. Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Source link