“Sabaha bu gündən başla” layihəsinin iştirakçıları Gəncə Amerika Mərkəzində olublar – FOTO


Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsinin iştirakçıları Gəncədə yerləşən Amerika Mərkəzində olublar.

 Şagirdlərə mərkəzin fəaliyyəti haqda geniş məlumat verilib, burada keçirilən müxtəlif tədbirlərdən, layihələrdən, dərslərdən danışılıb.

Bu mərkəz ingilis dilini təkmilləşdirmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır.

Mərkəz, həmçinin mühazirələr, danışıq klubları və bir sıra başqa fəaliyyətləri də təqdim edir.

26 saylı orta məktəb-liseydən ingilis dili müəllimi Nəzirə Qəmbərovanın rəhbəri olduğu “Sabaha bu gündən başla” layihəsinin iştirakçıları Gəncə Amerika Mərkəzində “Yer planetinin qorunması” mövzusunda dərs keçiblər, verilən tapşırıqları ingilis dilində yerinə yetirərək, təqdimatlar ediblər.

Source link