DAİB-yi Qax rayonunun Şəhidi MAXE Məmmədli Seymur Hacırəsul oğlunun ailəsini yad etdi

Bu günlərdə Şəhid MAXE Məmmədli Seymur Hacırəsul oğlunun heç zaman unudulmayacaq əziz xatirəsini yad etmək üçün onun Anası Səadət xanımla, qardaşı Nurlan ilə, qardaşının həyat yoldaşı Gülnurə xanımla görüşdüm.Şəhidimiz Seymurun Anası Səadət xanım onunla bağlı xoş xatirələrindən danışdı.Onun həmişə vətənpərvərlik mövzusunda olan döyüş kinofilmlərini izlədiyini bildirdi.Seymurun çox ağıllı,olduqca təmkinli, çox tərbiyəli bir övlad olduğunu ürək yanğısı ilə söylədi.
Şəhid MAXE Seymur Hacırəsul oğlu Məmmədli 19 oktyabr 1996-cı ildə Qax rayonunun Ağçay kəndində anadan olub.44 günlük Vətən Müharibəsi zamanı (27 sentyabr 2020- 10 noyabr 2020-ci il) 19 oktyabr 2020-ci ildə,ad günündə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına Ən uca məqam olan Şəhidlik zirvəsinə ucalıb.
Şəhid MAXE Seymur Hacırəsul oğlu Məmmədli ölümündən sonra “Füzulinin azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə”,”Vətən uğrunda”,”Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhadəti mübarək olsun Nur üzlü Şəhidimizin.
Şəhidlər ölməz,Vətən bölünməz!
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri,
Əfəndiyeva Solmaz Ədhəm qızı.