Bakıda bağça koronavirusa görə bağlandı – RƏSMİ


Bakı şəhərində bir bağça koronavirusa görə bağlanıb.

Oxu.Az-ın məlumatına görə, üç müəllimin koronavirusa yoluxması səbəbindən bağçalardan birinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı Oxu.Az-a təsdiq ediblər:

“Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin bağçanın fəaliyyəti 14 gün müddətinə bağlanıb”.

İlhamə Əbülfət

Source link