Şəhid Baş Leytenant Əlizadə Qorxmaz Arif oğlunun anım günündə

17 Oktyabr 2021-ci il tarixində Şəhid Baş Leytenant Əlizadə Qorxmaz Arif oğlunun  “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri Əfəndiyeva Solmaz, və müavinim İsmayılova Pərvanə
anım günündə  iştirak etdik.
Şəhid Əlizadə Qorxmaz Arif oğlu 27 yanvar 1995-ci ildə Qax rayonunun Cəlayir kəndində doğulub.17 oktyabr 2020-ci ildə II Qarabağ müharibəsində Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.
Şəhid Əlizadə Qorxmaz Arif oğlu ölümündən sonra “Şuşanın azad olunmasına görə”,”Qubadlının azad olunmasına görə”,”Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub.
Ailəlidir,2 övladı var.Oğlu Fateh İgid,Mərd,Vətənpərvər Şəhidimiz Əlizadə Qorxmaz Arif oğlunun ölümündən sonra dünyaya göz açıb.
Mən həm də bir yazar olduğuma görə Şəhidimiz Əlizadə Qorxmazın oğlu Fateh haqqında bir şer yazmışdım.Həmin şerim 2020-ci ildə,Vətən müharibəsi müddətində “Zəfər qoxusu” adlı antoloğiyada çap olunub.Şəhidimiz, Baş Leytenant Əlizadə Qorxmaz Arif oğlunun anım günündə “Şəhid balası” adlı şerim çap olunan həmin antalogiyanı Şəhidin həyat yoldaşı Şəbnəm Xanıma, Şəhid ailəsinə və Şəhid övladına məndən xatirə kimi hədiyyə etdim.Şəhid Əlizadə Qorxmazın Atası Arif Əlizadəyə baş sağlığı verməklə, çox-çox səbr dilədim.
Hamısıah Bütün Şəhidlərimizə rəhmət eləsin.Məkanları cənnət olsun.

Böyük ehtiramla,
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri,
Əfəndiyeva Solmaz Ədhəm qızı.