Güclü külək ağacları avtomobil yoluna aşırdı – VİDEO

 

Yağış, ardından əsən güclü külək Yevlaxda bir sıra fəsadlar törədib.

Baku TV xəbər verir ki, təbiət hadisəsi zamanı rayonun Tanrıqulular kəndi ərazisindəki iri ağacların bir neçəsi kökündən çıxaraq aşıb. Küləyə tab gətirməyən ağacların iri budaqları isə Mingəçevir-Bəhramtəpə avtomobil yoluna düşüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Yola düşən iri ağacların budaqları aidiyyəti qurumlar tərəfindən təmizlənib.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam etməkdədir.

Ətraflı süjeti təqdim edirik:

Source link