Ağstafa sakini bağda ölü halda tapılıb

 

Ağstafada meyit aşkar olunub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndinə qeydə alınıb.

1984-cü il təvəllüdlü Hüseynov Elvin Məlik oğlunun meyiti yaxınları tərəfindən bağda aşkar edilib. İlkin müayinə zamanı onun ürəktutmasından dünyasını dəyişdiyi məlum olub.

37 yaşlı kişinin meyiti məhkəmə-tibb ekspertizasına təqdim edilib. Ölümün baş verməsinin dəqiq səbəbləri araşdırılır.

Source link