“Ədalətli ola bilməsəz də ədalətli olmağa çalışın.

on vaxtlar bəzi vəkil həmkarlarım tərəfindən hakimlər tərəfindən vəsatətlərin təmin edilməməsi, təmin edilməmiş vəsatətlərin düzgün və qanuni şəkildə əsaslandırılmaması, müşavirə otağında ittiham tərəfi ilə hakimin şirin-şirin söhbətlərinin baş aldığı qeyd edilir. Bu isə əlbəttə ki sonda ədalətli qərarların qəbul edilməməsi ilə nəticələnir.
Hələ baxaq görək ədalət cinsinə daxil olan növlərin miqdarı hansılardır? Dahi Nəsrəddin Tusinin “Əxlaqi-nasiri” kitabında ədalət termininə aid növlər aşağıdakı kimi sıralanır:
1. Sədaqət;
2.Ülfət;
3.Vəfa;
4. Şəfəqqət;
5. Rəhmdillik;
6. Mükafat;
7.Ortaqlığın hüsnü;
8. Hökmün hüsnü;
9.Hörmət;
10. Təslim;
11. Təvəkkül;
12. İbadət.
Ədalət sözünün arxasında bu qədər mücərrəd varlıqların dayanması hər kəsin ədalətli olmaq üçün çox maddi varlıqdan imtina etməsi nəticəsində mümkündür. Göründüyü kimi, ədalətli olmaq doğrudan çox çətindir. Ona görə də hakim yoldaşlara təvəqqem:
“Ədalətli ola bilməsəz də ədalətli olmağa çalışın.