Könül Kərimovadan taksi sürücüsünə jest – 5 manatlıq yola bu qədər pul verdi

“Kulis.az” saytına müsahibə verən Kənan adlı taksi sürücüsü müğənni Könül Kərimova ilə bir xatirəsini bölüşüb.

O, qeyd edib ki, taksi fəaliyyətinin ilk günündə, ilk müştərisi məhz Könül xanım olub:

 

“Könül xanımı salondan restorana apardım, 5 manatlıq yola, çıxarıb  50 manat verdi. Elə sevindim, həmin günü heç işləmədim. Bir şans idi də mənim qismətimə düşdü. İndi hərdən işə çıxanda dua eləyirəm ki, yenə maşınıma K.Kərimova minsin”.