Sentyabrın 16-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Agentliyə işə qəbul məsələlərinə baxılıb, Müşahidə Şurası tərəfindən yaradılan İşə Qəbul Komissiyasının tövsiyələri dinlənilib.
Daha sonra Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Müşahidə Şurası üzvlərinin təklifi ilə 20 sentyabr 2021-ci il tarixdə “Zoom” proqramı vasitəsilə 500-dək qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirə edilməsi və onlardan təkliflərin toplanması qərara alınıb.
Qeyd edək ki, Müşahidə Şurasının bəzi üzvləri iclasa onlayn qaydada qoşulublar.