Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi (səkkizinci hissə) Dr. Məhəmmədhüseyn Yəhyai

(Bitməmiş Azadlıq Layihəsi (səkkizinci hissə)

Eyni zamanda 1948-ci ilin çox soyuq havaları daAzərbaycan xalqını qəzəbləndirərək cana gətirmişdi. Hər gün bir sıra insanlar, xüsusilə də yoxsullar, qocalar, uşaqlar soyuqdan və aclıqdan tələf olurdular. Xain, satqın və s. sözlər hələ də bu qəddar təcavüzkarların dilillərində idi. Bəzi jurnalistlər bu qorxu və dəhşət günlərində Azərbaycandakı acınacaqlı vəziyyətidən xəbər verirdilər. “, “Vəzifə” qəzetinin müxbiri Rahim Zehtabfərd” yazırdı: “… Azərbaycan misli görünməmiş qıtlıq, aclıq, iqtisadi böhran və müdhiş işsizliklə qarşı-qarşıyadır…. Təbriz şəhəri Sanki bu böyük vilayət, insanların Fatihə vermək üçün gəldiyi bir qəbristanlıqdır. Rənglər saralıb, ayaqlar taqətdən düşüb, fikirlər dağınıq və hamı heyrət icindədir. Azərbaycan misli görünməmiş bir aclıq və ağır iqtisadi böhran və işsizlik içərisində idi. Vaxtı ilə İranın ən inkişaf etmiş ticarət bazarı olan və ixracatı çox sayda olan Təbriz şəhəri bu gün kritik bir vəziyyətdədir. Bu şəhər yoxsulluq, səfalət və xəstəlik mərkəzi olmuşdur. Abad və boluq olan Azərbaycan, xaraba bir əyalətə çevrilmişdir … Təbrizin hazırkı vəziyyəti düşmən tərəfindən mühasirəyə alınan, xalqı qidaya, pula və təhlükəsizliyə möhtac olan bir şəhərə bənzəyir. Xalq hər an bir göznənilməs hadisəni gözləməkdə idi. Hərbi vəziyyətin və çox sayda kəşfiyyat agentlərin mövcud olması şəhərdə qəribə bir mənzərə yaratmış.” (“Vəzifə” qəzetindəki Rahim Zehtabfərd”in qeydlərindən, “gələcək keçmişin mayakıdır” kitabından sitatlar). Şahlıq rejimi “Azərbaycanın Qurtuluş Günü” ünvanı ilə şənliklər qurmaqla uzun illər bu xəyanət və zülmü Azərbaycana etdi. Beləliklə o, hərbi qabiliyyətini Azərbaycanın məzlum xalqına göstərdi. Təəssüflə bəzi cahil insanlar hələ də əvvəlki rejimin təbliğatı və mövcud rejimin gizlilətdıyinin( mövcud rejim həmin dövrün arxivlərinin açılmasına mane törədir) təsiri altında 21 Azər (1946-ci il azər

ayının 21-də şah qoşununun Azərbaycanı işğal etməsi nəzərdə tutlmuşdur) həqiqətən “Azərbaycanın qurtuluş günü” olduğuna inanırlar! Halbuki bu gün Azərbaycanın bədbəxtlik və onun milli kimliyinə qarşı təcavüz olunması günüdür.

1948-ci ildə mərkəzi hökumət məzhəb cinayətkar firqəçilər üçün ümumi əfv haqqında qanunu nəzərdən keçirdi və Milli Məclisdə qanuni müddəalarını “Firqə Cinayətkarlarıın ümumi əfvi adı altında(bu qanun bir maddə və iki qeyddən ibarət idi) (Azərbaycan və Zəncan Qailə və ya Münaqişə) təqdim etdi.Bu qanun 1948-ci ildə Rza Hekmatin sədrliyi ilə Milli Məclis tərəfindən təsdiq edildi.

Qunun maddəsində Yazılır: 1945 və 1946-cı illərdə Azərbaycan əyalətində və Zəncan şəhərində olan qailə(münaqişədə)(Azərbaycan hərəkatı) ilə əlaqədar siyasi və ya adi xətalar, cinayətlər törədənlər (qətl və talançılıq törədənlər istisna olmaqla). Həm də onları ortaqları və müavinləri, istintaqa cəlb olunmalarına və ya qəti yaxud qeyri-müəyyən bir hökmlə məhkum edilmələrinə, habelə bu günə qədər mühakimə olunmamalarına baxmayaraq, təqib və cəzadan azad edilirlər. Onların bu davranışları cinayət xaraxteri daşımır.

Bu maddənin birinci hissəsində adı çəkilən və hər hansı bir xüsusi və hazırda xarici ölkədə olan şəxslərə münasibətdə bu qanunun aid edilməsi, Nazirlər Kabinetinin təsdiqinə və Şahın fərmanının verilməsinə tabedir. Bu qanunla əhatə olunanların daha çoxu əfv olunur. Yuxarıda göstərilənlər baxmayaraq bu qanuna şamil olanlar ikinci dəfə bir cinayət törədərlərsə, amnistiyanın təsirləri aradan qaldırılır və əvvəlki cinayətlər üçün mühakimə olunaraq cəzalandırıla bilər.

Bu qanunun müddəaları xüsusi iddiaçıların hüquqlarına heç bir şəkildə təsir etmir, Azərbaycan qailəsindən sonra İranı tərk edənlər və bu maddəyə görə mühakimə olunmalı olanlar, zaman keçməsi ilə əlaqədar verilən qərarlardan istifadə edə bilməzlər.

Birinci qeyd: Bu qanun Pişəvəri hökumətində iştirak edən nazirlərə aid edilmir.

İkinci qeyd: Günahkarlar ya demokrat firqəsi üzvləri və ya bu kimi adlar altında olan şəxslərin kimsəyə borclu orduqlarını dövlət məmurları aşkar edərlərsə, o vəsaitlər məhkəmə tərəfindən onlardan alınıb sahiblərinə qaytarmalıdır. Hökumət bu barədə Milli Məclisə son hesabatnı təqdim etməlidir.

Yuxarıda qeyd edilən qanun Azəraycanda bir tərəfdən maliklərin və xanların kəndlilərə, xüsusilə firqə üzvlərinə zülm etməkdə əllərini açıq qoyurdu. Onlar firqəçilərin insani hüquqlarını tapdalamaq və susturmaq üçün onlardan şikayət edirdilər. Digər tərəfdən isə bu qanun Azərbaycanda yaranan hərbi rejimə icazə verirdi ki, əhali arasından isdədikləri kimi adamları seçib və onları təqib edib dosiya açsınlar. Nəticə etibarilə bu qanun nəinki Azərbaycanda sülhü bərpa etmədi, bəlkə də uzun illər davam edən qorxu və çaxnaşmaya səbəb oldu. Eyni zamanda bölgədən ayrılmaq və başqa yerlərə köç etmək üçün digər təsirli amillərdən biri oldu. Tehran hökumətinin ürəyincə olan Azərbaycandan səpələnmiş ziyalılar və populyar qurumlar Eyni zamanda sürgünlərə, məcburi mühacirətlərə səbəb oldu. Elə Azərbaycan ziyalılarını və mədəniyyət ocaqlarını dağıtmağı Tehran hökuməti ürəkdən istəyirdi və bu da mümkün oldu.

İllər sonra Şahlıq rejimi Azərbaycan və Kürdüstan azadlıq mübarizlərindən qalan əmlaka əl qoymağı düşündü və apreldə Parlament tərəfindən təsdiqlənən “Azərbaycan və Kürdüstanda olan dövlət müxaliflərinin əmlakının müsadirə edilməsi, tələblərin verilməsi və Şəxslərə dəyən ziyanın Qanunlaşması haqqında” Qanun qəbul etdi. Bu qanun 1960-ci il aprel ayının 19-da Rza Hekmatin sədirliyi ilə Milli Məclisdə təsdiq olundu.

Bu tək maddədə deyilir: “Hökumətin ixtiyarında olan Azərbaycan və Kürdüstan müxaliflərinin, Azərbaycanın qeyri-qanuni demokrat firqəsi ilə Kürdüstan Komolə təşkilatlarının bütün nağd, daşınar və daşınmaz əmlakı müsadirə edilərək, hökumətin mülkiyyətinə verilsin. Hökumətin, şəxslərin və qeyri-hökumət təşkilatlarının əyalət prokurorundan ibarət komissiya tərəfindən 1954-ci mart ayının ortalarında tələb və ziyanlara ödəməsinə icazə veriləcəkdir. müraciət edənlərin vəsaitləri ki, maliyyə məmuru tərəfindən

təsdiq edilmiş məbləği yazılı şəkildə Maliyyə Nazirliyinə bildiriş təqdim edilsin. Çıxış sənədi alındıqdan sonra haqlı tərəfə(sahibinə) verilsin.

Qeyd: Hökumətdən əvvəl insanların tələbləri ödənilməlidir, bu qanunun icrasına Maliyyə və Ədliyyə Nazirliyi cavabdehdir.(bu qanun bir maddə və bir qeyddən ibarətdir.) Bu qanun 25 may 1960-ci il tarixdə Senat tərəfindən təsdiq edilərək həyata keçirilmək üçün hökumətə bildirildi. Bu qanun həm də dövlət tərəfindən Azərbaycan və Kürdüstan azadlıq mübarizlərinin mal-dövlətlərinin qəsb edilərək oğurlanmasına səbəb oldu. Yəni, azadlıq hərəkatlarına olan kin və nifrət heç bitməyərək davam etdi. yenə də qərəzçilər və ev maliklər saxta sənədlərlə qorxu və təhlükə üzündən sərhəddi keçən firqə üzvlərinin əmlakını ələ keçirdilər. (İslam Respublikası rejimi mənalı və qərəzli sükutuna davam etdi. 21 Azəri “Azərbaycanın qurtuluş günü” kimi qeyd etməməsinə baxmayaraq, lakin o dövrdəki zalım qanunları ləğv etmədi. 2004-cü ildə firqə üzvlərinin bir sıra qanuni varisləri (sərhədd kənarındakı mühacirlər və ya öldürülənlər) 20 aprel 1960-ci ildə təsdiqlənmiş əmlak müsadirə qanununun ləğvi üçün İslam məhkəmələrində iddia qaldırılsada, İbtidai və bədəvi məhkəmədə Hocctül-İslam Razini tərəfindən yenidən rədd edildi. Sonra prokror müavini tərəfindən də o iddialar rəd edildi. Bu da Azərbaycan Milli Hərəkatı barədə İran İslam Cümhurisinin mövqeinin göstəricisidir.

1948-ci- il Amnistiya Qanunu, ölkənin cənubunda (Bədrəbad) məhbus lagerinin işinə xitam verdi. Orada olan sakinlər iş tapmaq və yaşamaq üçün müxtəlif şəhərlərə səpələndilər. Bəzi məhbuslar məhkumlar isə sərbəst buraxıldı, lakin başqa bir qrup məhbus saxta bəhanələrlə həbsxanada qaldılar. Səfər Qəhrəmani, Qəni Bülurian və onlarla digər məhkum ömürlərinin uzun illərini həbsxanada keçirdilər.

Səfər Xanın həyatından bəhs edən bir çox kitab və məqalə nəşr olunmuşdur. Səfər Xanla birlikdə olan məhbuslar müxtəlif iclas və yığıncaqlarda ondan xatirələr söyləmişlər. O xatirələrdən biri isə Azərbaycan muxtariyyəti naminə 32 il həbs və işgəncələrə məruz qalan Səbər Xanı gələcək nəslinllərin dərs alması üçün ölkənin siyasi tarixinə həkk etməkdir. Azərbaycanın Şişəvan bölgəsində bir zəhmətkeş ailədə doğulan Səfər Xan iri torpaq sahibləri və xanların əleyhinə mübarizə aparmışıdır. Səfər Xan 1921-ci ildə kəndli bir ailədə doğulmuşdur. Şişəvan bölgənin ən abad və məhsuldar qəsəbələrindən biri idi. Onun iqlimi mülayim və əkin üçün yararlı idi. Qacar şahzadələri ovlamaq və özlərinə istirahət mərkəzləri tikdirmək üçün əraziyə gəldilər. Bu üzdən də Səfər Xan uşaqlıqdan ərazinin sosial və iqtisadi vəziyyətini izləyərək oradakı sosial problemlərin şahidi olurdu. Səfər Xan əvvəlcə İranın Tudeh Partiyasına, sonra da Azərbaycan Demokrat Firqəsinə necə qoşulduğunu belə izah edir: “Bir gün Marağada olan Dadaş Tağızadə adlı bir adamın (İran Kommunist Partiyasının üzvü, Şərq Xalq Kommunist Universitetinin məzunu, Rza Şah zindanının məhbusu, İran Tudə Partiyası ilə əməkdaşlıq edən və Maragadakı Demokrat Firqəsi Komitəsinin rəhbəri) açıq şəkildə xanlara və dövlətin anti demokratik qanunlarına qarşı çıxış etməsindən xəbər verdilər. Kimsə onun bu cəsarətli çıxışının qarşısını ala bilmirdi. Bir qrup cənclərlə birlikdə Mahabad dağlarını aşaraq Marağaya getdim. Dadaş Tağızadə ilə tanışlığım belə oldu. Bir necə adamla birlikdə partiyaya üzv olduq. Bu illər ərzində Azərbaycanda milli azadlıq və demokratiya hərəkatı yüksəlib və inkişaf etməkdə idi. Bir tərəfdən gənclik coşqusu, digər tərəfdən zəhmətkeş kütlələrin sevgisi, maraqlı və gənc Səfər Xanı ətrafdakı cəmiyyəti, sosial münasibətləri öyrənməyə habelə onu tanımağa sövq edirdi. Firqənin 12 Şəhrivər müraciətnaməsin nəşri Səvər Xanı valeh edərək, onu Azərbaycanın suverenliyi uğrunda mübarizənin demokratiya və azadlığı tanıma yolunda ilk addım olduğuna inandırdi. O vaxtdan etibarən tez və həvəslə Azərbaycan Demokratik Firqəsi sıralarına qoşuldu. O, vəziyyəti nəzərə alaraq hərbi hissəyə ad yazdırıb təlim kurslarından keçdikdən sonra Azərbaycan Milli Hökumətində kapitan dərəcəsinə nail oldu. O, hələ 24yaşında olarkən 300 fədai başçısı, Hərbi komandanlığın və firqənın tapşırığı ilə Marağa , Xoşəmehr, Şişəvan,Qarqa Bazar, Rəhmanlu və Əcəbşir məntəqələrinin hərbi qərargahlarını tərki-silah

etdi. Sonra general “Kəbiri”nin başçılığı altında olan fədailərlə birlikdə Təbrizi azad etmək üçün o şəhərə gedərək general “Dirəxşanının rəhbərliyində olan 3-cü ordunun təslim olması ilə müharibə sona yetdi. Səfər Xan başçılıq etdiyi fədailəri ilə birlikdə yenidən Şişəvana qayıtdı.

 

Milli hökumət dövründə Səfər Xan hərbi işlər (militarizasiya) ilə yanaşı kənd təsərrüfatı istehsalında iştirak edir və ya kənd təsərrüfatı məhsullarının toplanmasına nəzarət edirdi. Bu gənclər azadlıq üçün sevgi və sədaqətlə çalışdılar. Digər tərəfdə isə milli hökumət Tehranla müzakirələr apardı. Nəhayət, Tehran milli məclisin 15-ci dövr seçkilərini bəhanə edərək milli hökumətin bir illik hakimiyyətinə son qoydu. Azərbaycanın azadlığı, iqtisadi və sosial inkişafını istəyən qüvvələr üçün qətl, sürgün və həbs cəzası dövrü başlandı.

 

Səfər Xan mübarizənin zərurətinə və davamına inanırdı. 1947-cı il aprelin ortalarına qədər Azərbaycanın dağlıq və soyuq bölgələrində müqavimət göstərməyi və mübarizəyə davam etdirməyi düşünürdü. Onlar İran-İraq sərhəddində məşəqqətli və ağır günlər keçirdilər. Nəhayət, onlar Şeyx Əhməd Barzaninin (Molla Mustafanın qardaşı) köməyi ilə İraqa aparılaraq bir əsir kimi dörd ay düşərgədə saxlanıldılar. Sonra isə Kərkük və Ərbil həbsxanalarına köçürüldülər. Ərbil və İraqdakı Azərbaycan türkləri yardıma gələrək onları aclıqdan və ölümdən xilas edirlər.

 

Səfər Xan bir daha kürd dostlarının köməyi ilə sərhədd yaxınlığına gəlir və “Zinoşix” kəndində məskunlaşır. Burada ilk dəfə “Qəni Bülurian”la tanış olur. Azərbaycan və onun doğulduğu Şişvanla ünsiyyət qurmaq daha asanlaşır. Yoldaşlara ona rejimin çıxardığı amenistisiya qanununa inanmamasını tövsiyə edirlər. Çünki o Tehran rejiminin yeni oyunudan başqa bir şey deyildir. Tehrandakı hakim rejim heç vaxt Azərbaycan xalqı ilə barışmaq fikrində deyildi və hər bir fürsətdə onu kimliyini danmağa çalışır. Qolam- Hosseyn Saedi deyir: “Heç bir toplum mədəniyyət olmadan var ola bilməz, lakin hər hansı bir mədəniyyətin təbiəti onun dinamizmində və çiçəklənməsindədir, əgər mədəni inkişafın qarşısı alınarsa, o millət daha da yoxsullaşar.” (Saidi, İranşəhr, No. 6), Bahar 1982)

 

Hərbi təcavüzdən sonra rejimin Azərbaycanda apardığı mədəni siyasəti onun mədəniyyətini və kimliyini məhv etmək idi. Halbuki Azərbaycan Milli Hökuməti xalqın dəstəyi ilə qısa müddətdə mədəniyyət sahələrində çox mühüm və davamlı nailiyyətlərə imza atdı. Safər Xan İraqdan qayıdarkən “Məhin” adlı bir qız övladı olmuş, lakin körpə qızıla görüşmək arzusu illərdir davam edir.

 

Səfər Xanın dostları onun hərbçilərin əlindən xilas etmək üçün “Əkbər” adında bir saxta şəxsiyyət vəsiqəsi düzəldib və onu Tehrana göndərmək istədilər. Lakin 1948-ci il 2 fevral hadisəsi(şaha sui-qəsd) baş verdikdə bu məsələ baş tutmur. 1948-ci ilin mart ayının 9-də günortadan sonra Səfər Xan ərzaq almaq üçün qızləndiyi yerdən çıxarkən polis tərəfindən tanınaraq tutulur. Səfər Xanın ilk ittihamı Polkovnik “Müini Azadın” öldürülməsi əmrini verməsi idi. Əlbəttə o, tutulana qədər bir neçə firqəçi bu ittihamla edam edilmişdilər.

 

Səfər Xan 1951-ci ilin dekabrında Təbrizdəki hərbi məhkəmədə 3 gün mühakimə olundu. Bütün bu müddət ərzində susur və danışmır. Əvvəlcə ölüm cəzasına, sonra isə cazası bir dərəcə azaldaraq ömürlük həbs cəzasına məhkum edilir, lakin 3 il həbs cəzası çəkərkən yenə də edam riski var idi. O, bu müddət ərzində Azərbaycanda bir həbsxanadan digərinə köçürüldü və Tudə Partiyası zabitlərinin həbsi ilə həbsxana şərtləri daha da ağırlaşdı. Edam edilmə kölgəsi daima Səfər Xanın başı üzərində gəzirdi.

ardı var.