Göz yaşını selə döndərib ağla. Çünki mən də ağlayıram.
44 günlük ikinci Qarabağ müharibəsində canlarından keçən oğullarımızın ruhu narahatdır. Ona görə narahatdır ki, ordumuz qisas alaraq Xocalıda AZƏRBAYCAN bayrağını taxmadı.
Məni daim düşündürən XOCALIM!!!
Mənə elə gəlir ki, hələ qisasın alınmayıb.
Əgər alınmış olsaydı XOCALIDA bu gün bir necə XOCALI sakini televiziyalardan öz sözünü deyərdi. Öpərdi qana BOYANMIŞ torpağı deyərdi: – XOCALIM biz qayıtdıq.
…Amma olmadı. Demək ki, Xocalı hələ də düşmən tapdağındadır. Düz 29 ildir.
Gülsüm ADİLQIZI