Azərbaycan Ordusunda 20 jurnalist döyüşür – Mətbuat Şurası

Cəbhədə 20 Azərbaycan jurnalisti əsgər və zabit kimi, əlində silah vuruşur.

Bu barədə Musavat.com -a Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məlumat verib.

O deyib ki, həmin jurnalistlərin siyahısı Mətbuat Şurası İdarə Heyətində var: “Onlar vətəndaş olaraq, çağırışçı kimi, bir qismi isə könülü Azərbaycan Ordusuna qatılıblar. İdarə Heyəti döyüşən jurnalistlərin ailələrinə maddi dəstək olmaq üçün layihə üzərində çalışır”. Bu da bizim – arxa cəbhədəki jurnalistlərin öz həmkarlarına dəstəyidir.

Qeyd: DİA.AZ portalı da döyüşən jurnalistlərə dəstək fonduna öz töhfəsini verəcək.

P.S. Şəkildə sabiq əməkdaşımız Məğrur Əli Poladdır.