“Azərkitab-Kitab Mərkəzi”ndə Ümumilli Lider Heydər Əliyevin 98 illiyi, “Azərkitab”ın 4 ili və 9 may “Qələbə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

9 may 2021-ci il  “Azərkitab-Kitab Mərkəzi”ndə Ümumilli Lider Heydər Əliyevin 98 illiyi, “Azərkitab”ın 4 ili və 9 may “Qələbə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir karantin qaydaları çərçivəsində online formatda keçirilmişdir.
Tədbirdə ölkəmizin ziyalıları – tarixçi alim İradə Hüseynova, Millət Vəkili Aydın Hüseynov, Mətbuat Şurasının Sədri Əflatun Amaşov və digər qonaqlar iştirak etmişlər. O cümlədən, online formatda 8 təhsil müəssisəsindən 200-ə yaxın tələbə və gənclərimiz iştirak etmişlər:

1.Bakı Dövlət Universitetinin – filologiya və jurnalistika fakultəsinin tələbələri

2.Mingəçevir Dövlət Universiteti

3.Dövlət Gömrük Komitəsinin Akademiyası

4.Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Sosial İqtisadi kollec

5.Azərbaycan Dövlət Neft və SənayeUniversiteti nəzdində Bakı Neft Energetika kolleci.

6.Astara Pedaqoji Kolleci

7.Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat kolleci

8.Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universiteti nəzdində Bakı Humanitar kolleci

Tədbiri giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açmış və H.Əliyevin şərəfli həyat yolundan, zəngin irsindən, ölkəmizin gücləndirilməsi və inkişafındakı misilsiz xidmətlərindən danışmışdır.

Tədbirdə iştirak edən qonaqlar da H.Əliyevlə bağlı maraqlı xatirələrə toxunmuş və eyni zamanda “Qələbə Günü”nün bizim şərəfli tariximiz olduğunu qeyd etdikdən sonra “Azərkitab”ın 4 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini də bildirmişlər.

Qeyd edək ki, videokonfrans zamanı həm də Ümumilli Lider  H.Əliyeva həsr olunmuş videoçarx da nümayiş olunmuşdur.