AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ FƏXRƏDDİN MÜƏLLİM!..

Bu gün rayonumuzun sayılıb-seçilən ziyalılarından olan, uzun illərdir  sahibkarlıq fəaliyyəti ilə məşğul olan, respullikamızda və digər xarici ölkələrdə  tanınan iş adamı, dövlətə və dövlətçiliyimizə sadiq insanlardan biri, “Fəxrəddin-K” MMC təsisçisi baş direktoru Fəxrəddin Baxışovun 65 yaşı tamam olur.  Fəxrəddin müəllimi  tanıyanlar, onunla ünsiyyətdə olanlar bilir ki, o hər zaman sadə və səmiliyi ilə xalqının və öz həmkarlarının, o cümlədən, işçilərinin yanında olan,  hər zaman kasıb insalara, şəhid ailərinə yardımlar edən və etdiyi xeyirxahlıqları gizli saxlamağı sevən biridir. Ona görə də  Fəxrəddin müəllim etdiyi  yardımları  mediada işqılandırmaqa icazə vermir.  Bu da onun xüsisi keyfiyətlərindən biridir.  Rayonumuzun  ziyalısı  olaraq  və bir Masallılı kimi  Masallıların hər zaman yanında olan, xeyriyyəçiliyi ilə neçə-neçə yardıma möhtac olan insanlarımızın yardımına yetən, cəmiyyətdə xususi reklama  ehityacı olmayan bir insandır Fəxrəddin müəllim.  Hamımıza bəllidir ki,  digər rayonlarda olduğu kimi Masallı rayonunda da 44 günlük vətən müharibəsi dövründə şəhidlərimiz oldu onların hər birinin dəfn mərasimində  Fəxrəddin müəllim öndə gedənlərdən olmaqla bərabər və  günü bu gün də həmin şəhid ailərinin yanında olan bir iş adamdır  və  eyni zamanda bir  sahibkar olaraq  ordumuza  çoxlu ianələr etmişdir. Mətbuatdan hamımınıza  bəllidir ki, ölkə prezdentimiz  Cənab Ali Baş Komandanımız İlham Əliyev Masallı rayonuna bir neçə dəfə səfərə gəlmişdir, həmin səfərlər zamanı cənab prezdentimizlə Fəxrəddin müəllim görüşmüşdür və regionda, ölkədə sahibkarlıq  fəaliyyəti ilə bağlı təkliflərini vermişdir. Ölkə rəhbərimizin Fəxrəddin müəllimlə səmimi  görüşləri  bir neçə dəfə baş tutmuşdur.  Prezdentimiz  İlham Əliyev 2018-ci ildə  Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərancam imzalamışdır. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli  fəaliyyətinə görə  Fəxrəddin müəllimi Tərəqqi medalı ilə  təltif etmişdir.

Biz də, Cənubunsəsi.az xəbər portalının kollektivi olaraq  65 yaşı tamam olan yubliyarımız,  tanınmış iş adamı,  xeyirxah Fəxrəddin müəllimi səmimi qəlbdən təbirk edir, ona uzun ömür,  can sağlığı arzulayırıq.  Yubleyiniz mübarək olsun  hörmətli Fəxrdəddin müəllim.

Hörmətlə cənubunsəsi.az xəbər portalının baş redaktoru Mərhəmət Lələyev.