“Acıbadem”də uşaq neyrocərrahiyyəsinin çətin halları

Uşaq neyrocərrahiyyəsi – elə bir sənətdir ki, ona “Acıbadem Pediatrik Neyrocərrahiyyə Mərkəzi”ndə uğurla tətbiq olunan sehrbazlar (təcrübəli mütəxəssislər) komandası və son texnologiyalar lazımdır. Artıq 25 ildir ki, insanlar yalnız Türkiyədən deyil, dünyanın hər bir yerindən məsləhət almaq üçün buraya uşaqlardakı ən çətin nevroloji patologiyalarla gəlirlər. Mərkəzə, uşaq neyrocərrahiyyəsi sahəsində görkəmli mütəxəssis,  tibb elmləri doktoru, Professor Memet Özek rəhbərlik edir. Həkim ən mürəkkəb beyin əməliyyatlarının belə təhlükəsiz və uğurlu bir şəkildə edilə biləcəyinə inanır.

Epilepsiyanın cərrahi müalicəsi

Dünyada 50 milyondan çox insan özünü erkən yaşda göstərən epilepsiya ilə yaşayır.

Bu xəstəliyin müalicəsi dərman qəbulu ilə başlayır, amma hər kəsə dərman qəbul etmək kömək etmir. Uşaqlıqda epileptik qıcolmalar fiziki travmaya səbəb ola bilər ki, bu da daimi beyin zədələnməsinə və inkişafın ləngiməsinə gətirib çıxara bilər.

Professor Özek izah edir: “Xəstənin, qıcolmaya səbəb olan beyin sahəsi xaric edilsə belə,  bu sahənin heç bir funksiyası olmadığına görə, bu əməliyyat xəstəyə heç bir mənfi nəticə verməyəcəkdir. Əgər beyində tutmalara səbəb olan bölgəni aydın şəkildə təyin edə bilsəniz, o zaman  yalnız bu zədələnmiş sahə çıxarılmalıdır. Əgər fərqli sahələr təsirlənərsə, o zaman epileptik qıcolmalara aparan kanalların üst-üstə düşməsi tətbiq olunur. Xəstədə əməliyyat üçün əks göstərişlər varsa, elektrik siqnallarını idarə etmək üçün beyin stimulyatorunun implantasiyası istifadə olunur. Təsirə məruz qalan ərazini dəqiq müəyyənləşdirmək üçün MRI və video-EEG monitorinqi daxil olmaqla aparılmış testlərə əsasən, hansı müalicə metodunun seçiləcəyi barədə qərar verilir”.

Spastiklik üçün 6 cərrahi müalicə üsulları

“Acıbadem” klinikası, beyin iflicinin ən ümumi səbəbi olan spastisit üçün müxtəlif müalicə üsulları təklif edir. Xəstədə fokus spastikliyi varsa və məhdud sayda əzələ iştirak edirsə, botulinum toksini tətbiq olunur. Simptomlar davam edərsə, növbəti addım selektiv nevrotomiyadır.

“Acıbadem” klinikasında əzələlərə anormal siqnallar göndərən, sinir köklərini kəsən ən çox cərrahi müalicə olaraq istifadə olunan üsül selektiv dorsal rizotomiyadır. Bu üsulla professor Özekin qrupu 1100-dən çox xəstəni əməliyyat edib. Bu prosedurdan sonra xəstələrin təxminən 75 %-i yeriyə bilib.

Distoni olan çox ciddi yaşlı xəstələr üçün baxımını asanlaşdıran pallidotomiya tətbiq olunur. Ümumi spastikliyi olan xəstələrə bir stimulyator yerləşdirilir. Ağır spastisitli xəstələr üçün dərmanların ağızdan verilməsi təsirsiz olduqda dərmanı birbaşa serebrospinal mayeye doza bilmək üçün qarın boşluğuna implantasiya olunan dərin beyin stimullaşdırılması və ya bir baklofen pompası istifadə olunur.

2 həyati vacib texnologiya

Bir uşağın beyin ölçüsü onun formasına, anatomiyasına və funksiyasına görə fərqlənir – bu səbəbdən uşaqlarda dərin yerləşmiş şişlər çox vaxt əməliyyata tab gətirə bilmir. Şiş beyin kökündədirsə, tənəffüs, udma və ya göz hərəkəti kimi həyati funksiyalara təsir edə bilər. Ancaq Dr. Memet Özek inanır: “Beyindəki hər hansı bir şiş əməliyyat edilə bilər. Xəstəyə zərər vermədən beyin toxumasının istənilən sahəsinə çata bilərik”.

İki həyati texnologiya köməyə gəlir: İntraoperativ MRT tibbi qrupa beyin əməliyyatı zamanı müalicə prosesini izləməyə imkan verir, intraoperativ neyromonitorinq isə vacib sahələri zədələnmədən qorumağa kömək edir. Texnologiya sayəsində uşaq beyin əməliyyatı daha təhlükəsiz və uğurlu olub. Acıbadem Pediatrik Neyrocərrahiyyə Mərkəzinin qabaqcıl texnologiyası və peşəkar təcrübəli komandasının bacarıqlarının birləşməsi, beyin əməliyyatlarının effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin  məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.

Tel.: +994 12 595 96 81.

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/