CAR-da iğtişaşlar zamanı ölənlərin sayı 337 nəfərə çatıb

 

Cənubi Afrika Respublikasında eks-prezident Ceykob Zumanın həbsindən sonra baş verən iğtişaşlar zamanı ölənlərin sayı artmaqda davam edir.

“RİA Novosti” məlumat verir ki, artıq 377 nəfərin etirazlarlar nəticəsində həlak olduğu bildirilir.

Qeyd edək ki, ölkənin 79 yaşlı keçmiş prezidenti məhkəməyə hörmətsizlik etməkdə günahkar bilinərək 15 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun tərəfdarlarının etirazlarını yatırtmaq üçün bəzi bölgələrə ordu yeridilib.

Source link