Sahibkarların NƏZƏRİNƏ: 3 milyon manata qədər güzəştli kredit


Sahibkarlığın İnkişafı Fondu yalnız avadanlıq alışı məqsədilə sahibkarlara “avadanlıq krediti” təklif edir.

Fonddan əldə etdiyi məlumata əsasən, kreditin məbləği 5 000 manatdan 3 000 000 manata qədər dəyişir.

Krediti beş ilədək müddətdə avadanlığın girov qoyulması ilə əldə etmək mümkündür. Avadanlıq kreditinin faiz dərəcəsi 9 faizə qədərdir və 12 ayadək güzəşt müddəti var.

Bildirilib ki, kredit 2021-ci il üzrə prioritet istiqamətləri əhatə edir.

Qeyd edək ki, avadanlıq krediti daşınmaz əmlak girovu olmayan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmağa xidmət edir. Bu kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Kredit müddəti başa çatdıqdan sonra avadanlıq yüklülükdən azad edilir.

Source link