Bayden–Zelenski görüşünün tarixi açıqlandı

 

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ dövlət başçısı Co Baydenlə görüşünün dəqiq tarixi açıqlanıb.

Bu barədə Ağ Ev administrasiyasının mətbuat katibi Cen Psaki tərəfindən yayılan bəyanatda bildirilib.

Qeyd olunub ki, Bayden Zelenskini avqustun 30-da Ağ Evdə qəbul edəcək.

Həmçinin, bəyanatda qeyd olunub ki, görüş Rusiyanın təcavüzü qarşısında ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edəcək.

Source link