Dibi asfaltlanan çinar ağacı ilə bağlı nazirlik hərəkətə keçdi – FOTO

 

Gəncə şəhəri Nizami rayonu Həsənli qardaşları 39 ünvanında çinar ağacının dibinin asfaltlanması ilə bağlı daxil olan şikayətlə əlaqədar dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları əraziyə baxış keçirib və fakt təsdiqini tapıb.

Bu barədə  sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Məlumata görə, Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında çinar ağacının dibi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib. Bu kimi halların baş verməməsi üçün onlara tövsiyə verilib.

Nazirlik sözçüsü onu da qeyd edib ki, yerli icra hakimiyyətləri öz ərazilərində olan yaşıllıq sahələrinə cavabdehlik daşıyır:

“Çox istərdik ki, belə halların baş verməməsi üçün onlar ərazilərindəki ağaclara həssaslıqla yanaşsınlar.

Yaşıllıq sahələrində mütəmadi monitorinqlər aparsınlar ki, ərazilərində olan yaşıllıqların vəziyyəti barədə daim məlumatlı olsunlar”.

Könül Cəfərli

Source link