Qarabağ muharibəsinin qadın şəhidlərindən olan Ermənilərlə döyüşən Gülnaz Mehdiyeva

Fotoda gördüyünüz xanım 1-ci Qarabağ muharibəsinin qadın şəhidlərindən olan Gülnaz Mehdiyevadır. Foto 1993-cü il oktyabrda Qubadlı və Cəbrayılın işğalından sonra, muhasirəyə düşən Zəngilan rayonunun ermənilərlə sərhəd Razdərə kəndində çəkilib. Həyat yoldaşını Qarabağ muharibəsində itirən qadın kənddə qalır, kəndi tərk etmir. Ermənilərlə döyüşür, evindən çıxmır və sonda şəhid olur, uşaqları isə əsir götürülür. 1995-ci ilin yanvarında Qızıl xaç komitəsinin vasitəçiliyi ilə uşaqları əsirlikdən xilas olunur. Biz fəxr edirik belə qadınlarımızla, belə analarımızla.
Allah rəhmət eləsin..