Qəzəbli erməni generallar Baş Qərargah rəisinin kabinetinin altını-üstünə çevirdi



Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və birinci müavini general-mayor Arşak Karapetyan arasında mübahisə yaşanıb.

Bu barədə “Joxovurd” nəşri yazıb.

Qeyd olunur ki, hadisə ötən şənbə baş verib. Qərargah rəisi və müavini arasında əvvəlcə kəskin mübahisə olub. Tərəflər sonradan bir-birilərinin ünvanına ağır təhqirlər səsləndiriblər. İş o yerə çatıb ki, hətta Artak Davtyanın kabinetindəki stolları və külqabıları bir-birilərinə atıblar.

Erməni generallar arasında davanın kabineti tərk etdikdən sonra dəhlizdə də davam etdiyi qeyd olunur.



Source link