Fransada koronavirusun dördüncü dalğası başlayıb

 

Fransa yoluxma sürətinin daha yüksək olduğu koronavirus pandemiyasının dördüncü dalğasına qədəm qoyub.

TASS xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin iclasında hökumətin rəsmi nümayəndəsi Qabriel Attal bəyan edib.

O, bildirib ki, son həftə ərzində yeni yoluxanların sayı iki dəfə artıb. Hazırda ölkədə hər gün 10 minə yaxın insan COVID-ə tutulur. 80% hallarda xəstələrdə “Delta” variantı müşahidə olunur.

Source link