Sumqayıtda şəhidin doğum günü qeyd olundu-VİDEO

18 iyul şəhid Saleh Nuriyevin doğum günüdür. Onun 19 yaşı tamam oldu. Bu münasibətlə onun yaşadığı Sumqayıt şəhəri 13-cü mikrarayonda tədbir keçirildi.

Nuriyev Saleh Səxavət oğlu Vətən Müharibəsinin ən gənc şəhidlərindən biridir. 18 iyul 2002-ci ildə doğulan Saleh kabel-xətt manqasının xətt nəzarətçisi kimi xidmətini yerinə yetirib.

Qubadlı uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub.

Prezident İlham Əliyev tərəfindən Hərbi xidmətlərə görə, “Cəbrayılın azad olunmasına görə, “Qubadlı azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

Sabaha-inamla.az