Lerikin yeddi kəndində qaz təchizatı bərpa olunub – YENİLƏNİB + VİDEO



“Lerik rayonu və yeddi kəndində selin fəsadları aradan qaldırılıb və qaz təchizatı bərpa olunub”.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

O qeyd edib ki, ki, yalnız rayonun Məhləbad kəndində səkkiz evə hələki qazın verilməsi bərpa etmək mümkün olmayıb.

“Bu istiqamətdə işlər davam etdirilir”, – deyə o bildirib. 

11:53

Lerik rayonuna yağan leysan yağışlarından sonra bəzi kəndlər qazsız qalıb.

Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq.

Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, yağan leysandan sonra Lerikdə qaz xətlərində qırılma olub:

“Lerik rayonu Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərinə güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar ötən gün saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb. Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb”.

“Ərazidə bu gün təmir işləri aparılacaq”, – deyə o qeyd edib.

İlhamə Əbülfət



Source link