Almaniyada təbii fəlakət qurbanlarının sayı artır



Almaniyada daşqın və sel nəticəsində həlak olanların sayı artmaqda davam edir.

“Bild” nəşrinin məlumatına görə, artıq 156 nəfər təbii fəlakətin qurbanı olub.

Ölüm hallarından 110-u Reynland-Pfalts, 45-i Şimali Reyn-Vestfaliya, biri isə Bavariya vilayətində qeydə alınıb.

Qeyd edək ki, Almaniyada sel və daşqınlara səbəb “Bernd” qasırğası olub.

Təbii fəlakət nəticəsində ölənlərin sayının artacağı gözlənilir.



Source link