Qalmaqallı deputatla jurnalislər arasında qarşıdurma yarandı

Deputat Etibar Əliyev özünü yenidən medianın hədəfinə gətirib. 

Buna səbəb deputatın jurnalistlər üçün tikilən üçüncü binanın onlara verilməməsi təşəbbüsüü ilə çıxış etməsi olub. : “İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız reklam və xəbərlər dərc etməklə məşğuldurlar və başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir.

Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.

Bu fikirlərə jurnalistlər sərt reaksiya veriblər. Onların əksəriyyəti hətta ironik olaraq bu təklifə dəstək də veriblər: “Biz də təklif edirik ki, Etibar Əliyev və sıravi deputatlara verilən 5190 manat məzuniyyət pulu şəhid ailələrinə verilsin”.

Bəziləri isə ümumiyyətlə deputatların maaşları ilə əhalinin maaaşları arasında böyük uçurumun olduğunu, buna görə onların maaşlarının 50 faizinin tutularaq şəhid ailələrinə verilməsini istəyiblər. Hələlik E. Əliyevin bu təkliflərə hər hansı reaksiyası yoxdur.  /Yeni Sabah/