Ulu öndər Heydər Əliyevə-Bu şeirdə Qarabağ probleminin həllini Yeni Azərbaycanın Yeni Prezidenti İlham Əliyevdən gözləyək yazmışdım-NAMİQ MƏMMƏDLİ

Sabaha-inamla.az xəbər verir ki, Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədli Heydər Əliyevə yazdığı  şeirini sosial şəbəkədə paylaşıb. Və bu sözləri yazıb:”Mən bu şeiri Ulu öndərin sağlığında yazmışdım. Bu əzəmətli, qüdrətli, fenomenal yaddaşa malik olan insana hörmətim sonsuz idi. Naxçıvana hər dəfə gedəndə onun abidəsini ziyarət edirdim. Onda Ulu öndər Moskvada vəzifədə idi.
Onun necə əzəmətli şəxsiyyət olduğunu ürəyimdən kağıza köçürdüm. Həmin şeirin sonunda Qarabağ probleminin həllini Yeni Azərbaycanın Yeni Prezidenti İlham Əliyevdən gözləyək yazmışdım. Elədə oldu. Qarabağ, işğal altda olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Bu tarixi, günümüzlə səsləşən şeiri istədim ki, bir daha oxuyum və paylaşım!”

Namiq MƏMMƏDLİ
Ulu öndər Heydər Əliyevə

İyirminci əsrdə doğulsan da,
Adın iyirmi birinci
Əsrə də düşdü.
Fenomenal yaddaşından,
Əzəmətli görünüşündən,
Çoxlarının kürkünə
Birə düşdü.
Çıxışına ayaq döyənlər də,
Kölgəni qılınclayanlar da,
Sənin ağlının
Tilsiminə düşdü.
Müdrik kəlamlarından,
Məsləhətlərindən,
Bəhrələnib sənə
Sadiq qalanlar da oldu,
Qədrinin bilməyib,
Üzünə ağ olanlar da
Tapıldı.
Səhvini başa düşənləri
Ürəyin bağışladı.
Həyatına qəsd
Etmək istəyənləri
Allah cəzalandırdı.
Xəstəliyinə sevinənlər
Çox oldu.
Tülkülər o saat
Dönüb şir oldu.
Məqam gözləyən
“Tülkü-şirlərin”
Burunların dostların,
Bütün səni sevənlər ovdu.
Azərbaycanı dünyaya
Tanıtdıran Sən oldun.
Atəşkəslə
Müharibəyə son qoydun.
Qarabağı
Sülh yolu ilə almağa
Çox çalışdın,
Çox vuruşdun.
Təkbaşına ağlınla,
Dərin zəkanla
Ermənilərə meydan oxudun.
Xəstələnməyin torpaqlarımızı
Geri qaytarmağa qoymadı.
Sən uzaqgörən,
Əzəmətli siyasətçisən,
Qarabağımızın geri
Qaytarılacağına əminsən,
“Azərbaycanın müstəqilliyi
Əbədidir” sözlərin
Sayəndə həqiqət oldu.
Səksən yaşında
Namizədliyini
Geri götürsən də,
Layiqli davamçın-
Hamımızın sevimlisi
İlham Heydər oğlu
Xalqın səsinə səs verdi,
Xalq da Onu təklənməyə qoymadı.
O, Yeni Azərbaycanın,
Müstəqil Azərbaycanın,
Yeni və ən gənc Prezidenti oldu.
O,xalqın yaxşı
Yaşamasına qarant oldu.
Gəlin, ümidimizi üzməyək!
Yeni Azərbaycanın
Yeni Prezidentindən
Qarabağ probleminin
Həllini gözləyək.
15.10.2003