Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına:Zərdab rayon səhiyyəsindən şikayyət

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına:

       Surətləri: Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti xanım Mehriban Əliyevaya                                       Zərdab rayon Çallı kənd sakini Məmmədov Mehaman Məhəmməd oğlutərəfindən  tərəfindən
                                                                                     Şikayət Məktubu:                                                               Redaksyamiza gələn məktubda yazılır.    Hörmətli sayt rəhbərliyi. Mən Zərdab rayon səhiyyəsindəki haqsızlıqlarla əlaqədar sizə ünvanladığım müraciətimi saytınız vasitəsilə cənab prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezidentimiz xanım Mehriban Əliyevaya çatdırılmasını sizdən xahiş edirəm. Biz ailədə dörd nəfər aprel ayında məlum Covid-19 Karonavirus xəstəliyinə tutulmuşduq. Mən şəkər və təzyiq xəstəsi olduğumdan həmin bu xəstəlik məndə çox ağır fəsadlar yaratdı. Mən özümün və ailə üzvülərimizin sağlamlığımızı qorumaq üçün çoxlu müalicəlaər götürdük. Bizə lazım olan bütün iynə-dərmanları və sistem iynələrini yarısını nəqd pulla alsam da yarı pulunu isə apteklərə borclu qalmışam. Apteklərdə olan bütün dərmanların çox hissəsi hamısı firma dərmanlarıdır. Xəstəliyin tüğyan etdiyi vaxtda apteklər pulumuz olmadığı təqdirdə bizə pulsuz iynə-dərmanlar vermirdilər. Ona görə də mən mənə və ailə üzvülərimə lazım olan iynə-dərmanları almaq qohumlarımdan borc pul alaraq  almışam. Halbuki Karonavirus xəstələri üçün verilməli olan iynə-dərman pullarına dövlətimiz tərəfindən milyardlarla pul vəsaiti ayrılmışdır. Daha müalicələrimizi davam etdirməyə pulum olmadığı üçün həkim reseptini  Zərdab rayon Səhiyyə Şöbəsinin müdiri Ruslan Nəhmətov göstərmişəm ki, dövlətimiz tərəfindən bizim rayon xəstəxanasına verilən dərmanlardan mənə də ver və artıq iynə-dərmanlarımızı almağa  heç bir imkanım yoxdur. Ruslan Nəhmətov  məni rayon xəstəxanasının aptek rəhbəri Rəna xanım adlı şəxsin yanına göndərdi ki, mənə lazım olan iynə- dərmanları versin. Rəna xanım da mənə bildirdi ki, məndə heç bir iynə-dərman yoxdur. Baş həkim zəhmət çəksin aptekimizə dərman versin biz də sizə lazım olan iynə- dərmanları verək. Ruslan həkimin yanına təkrar getdikdən sonra dəyəri 40-50 AZN dəyərində Covid-19 paketi yazılmış beş adda pulsuz dərman verdilər ki, şəkər xəstəsi olduğumdan həmin dərmanlardan da istifadə edə bilmədim. Bütün bu olanlarla əlaqədar hörmətli cənab prezidentimiz İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz xanım Mehriban Əliyevaya, Səhiyyə Nazirinin səlahiyyətlərini icra edən cənab Teymur Musayevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəisi Zaur Əliyev cənablarına dəfələrlə müraciətlər etsəm də mənim müraciətlərimə heç bir cavab verilmir. Hörmətli sayt rəhbəri.  Mən 300(üç yüz) AZN əmək haqqı alıram. Mən neçə ayın maaş pulunu verməliyəm ki, aldığım iynə-dərmanların və sistem iynələrinin pulunu ödəyim? Mən müalicə alıb sağalmış ailəmə və xəstə azyaşlı  uşaqlarıma hansı pulla çörək və ərzaq alım? Mən bizim müalicələrimiz üçün lazım olan iynə-dərmanlarımız üçün aldığım nəqd borc pullarını neçə və hansı pulla qaytarım?. Amma bizim Zərdab rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Ruslan Nəhmətov dövlətimiz tərəfindən  bizlərə pulsuz verilməli olan bütün iynə-dərmanların və sistem iynələrinin hamısını öz şəxsi malı kimi istifadə edərək özü üçün gəlir mənbəyi kimi istifadə etmişdir. Mənim kimi iynə-dərman almağa imkanı olmayanlar ölməlidirlər? Belə çıxır ki, hörmətli cənab prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi heç bir məmur korrupsiya hallarına yol verməməlidir tapşırığının  Ruslan Nəhmətova heç bir aidiyyatı yoxdur. Yəqin Ruslan Nəhmətovun hansısa güclü day-dayısı onu yaxşıca müdafiə edir və ona arxalanır. Zərdab rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Ruslan Nəhmətov onu da unutmasın ki, bizim də İlham Əliyev kimi Ali Baş Komandan  Prezidentimiz var. Hörmətli sayt rəhbəri. Xahiş edirəm mənim sizə ünvanladığım müraciət məktubumu öz saytınızda işıqlandırasınız. Mənim haqq səsimi hörmətli cənab prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya çatdırasınız. Mən ölkə rəhbərlərimdən artıq dərəcədə xahiş edirəm mənim haqq səsimə səs versinlər. Zərdab rayon Səhiyyəsindəki haqsızlığa son qoyulması üçün xüsusi tapşırıqlar versinlər və nöqsanların araşdırılıb üzə çıxarılması üçün xüsusi yoxlama komissiyası  ayrılması haqqında sərəncam verilsin. Çünki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB biz vətəndaşların şikayətlərinə baxmırlar. Bəlkə ondan sonra Zərdab Rayon səhiyyəsində baş verən bütün haqsızlıqlara son qoyular.
  Hörmətlə: Məmmədov Mehman Məhəmməd oğlu                                                                                                                                              Zərdab rayon Çallı kəndi                                                                                                                                                            Tel:  051-943-69-97