HAQSIZLIĞIN SONU


Bu yay kəndə heç yağış yağmamışdı. Quyular qupquru idi. Kənd bu yay susuz qalmışdı. Nə
içməyə, nə yuyunmağa, nə də bağ-bağçanı sulamağa bir vedrə su tapılmırdı. İnsanlar pis
vəziyyətdə idi.
Kəndin girəcəyinə yaxın, yolun solunda böyük bir villa yerləşirdi. Bu villanın sahibi əslən
şəhərli olan Mirhüseyn Ağa idi. O, şəhərin məşhur Ağalar nəslindən olan Mirvahid Ağanın nəvəsi
idi. İstixanaları kəndə yaxın olduğu üçün bu kəndə köçmüş, özünə dəm-dəzgahlı bir villa inşa
etdirmişdi. Maraqlısı bu idi ki, bu yay kənddə su qıtlığı yaşanmasına baxmayaraq, o boyda villada
su problemi yox idi. Hətta hər həftə qulluqçular həyətindəki hovuzun suyunu boşaldır, yuyubtəmizləyir, yenisini doldururdular. Bu hal kənd sakinlərini narahat edirdi. Axı, kənddə içməyə su
tapılmayan bir vaxtda, bu bəy oğlu bəyin gəlib burda kef çəkməsi düzgün deyildi. Kəndin əsl
sakinlərisusuzluqdan əziyyət çəkirdi, dolanmaq üçün əkib-becərdiyi bağ, bostanın quruması onları
daha da qəzəbləndirirdi.
Bir yay səhəri, kəndin bir neçə ağsaqqalı və ziyalısı yığışıb, Mirhüseyn bəyin evinə ziyarətə
gedir. Qapının zəngini bir neçə dəfə vururlar, dörd dəfə vurandan sonra, qulluqçu qapını açır. Onlar
bu kəndin sakinləri oldularını, Mirhüseyn bəyi görmək istədiklərini bildirirlər. Qulluqçu onları
qapıda gözlədib Mirhüseyn bəyə xəbər vermək üçün içəriyə yollanır. Bir neçə dəqiqə sonra qapıya
gələrək, onları içəri, qonaq otağına dəvət edir. Hərəsi bir yer tapıb əyləşir… Öz aralarında
söhbətləşən kənd camaatının gözü birdən-birə evin arxa hissəsinə açılan iri şüşəbəndə sataşır.
Oradan evin arxa tərəfi, hovuz və hovuzun içində şallaq vuran Mirhüseyn bəy görünürdü.
Əlləri ağzında qalan sakinlər diqqətlə bir neçə dəqiqə onu izləyirlər. Bu zaman qulluqçu dəsmalı
tələsik aparıb, Mirhüseyn bəyə uzadır. O dəsmala bürünüb, suyu axa-axa onlara tərəf gəlir. Suda
o qədər qalmışdı ki, artıq gözləri qıpqırmızı olmuşdu, əlləri, ayaqları büzüşmüşdü. Mirhüseyn bəy
ağsaqqalarla salamlaşıb, yarıçılpaq, yarı dəsmala bürünmüş onların qarşısında əyləşir. Sakinlər
bir-birlərinə təəccüb içində baxıb pıçıldaşırlar. Bunu görən Mirhüseyn bəy, ucadan “Hə,
ağsaqqallar, xoş gəlmisiz, nə yaxşı gəlmisiz, nəsə olub, nəsə lazımdır?” – deyib, bir az qaşqabağlı
şəkil alıb, nə deyəcəklərini, nə istəyəcəklərini gözləyir. Kəndin tanınmış ziyalısı, kənd klubunun
müdiri sözə başlayır:
– Əfəndim, bura gəliş səbəbimiz odur ki, kəndə yay girəndən su gəlmir. Yağış desən, aylardır
yağmır. Kənd sakinləri quraqlıqdan əziyyət çəkir. İçməyə, əkin yerlərin suvarmağa, hətta
yuyunmağa belə suyumuz yoxdur.
Bu zaman ağsaqqalar yarıçılpaq, sulu bədənə qarşılarında oturmuş Mirhüseyn bəyi diqqətlə
süzməyə başlayırlar. Mirhüseyn ona qəribə nəzərlərlə baxdıqlarını görüb, bir ağıza:
– Hə, qara qızın dərdi varmış, mənim alnımda “yardım atası” yazıb? Deyin!
Bu sözlər sakinlərin xətrinə dəyir, onları bərk qəzəblənirlər. Onların əsəbləşdiyini görən
Mirhüseyn:
– Deyirsiz ki, suyu mən içirəm? Məgər mən qarşısını kəsmişəm kəndə gələn suyun? Deyin,
çəkinməyin, beləmi düşünürsüz, ağsaqqallar? Həəə?
Ağsaqqallardan biri cəsarətlə dillənir:
– Bəli, kənddə belə danışılır ki, siz kəndin suyun kəsib, öz villanıza, istixanalarınıza
yönləndirmisiz, bələdiyyəyə də beş-on manat hörmət edibsiniz, o da bu işə göz yumub.
Söhbətin uzandığını görən Mirhüseyn bəy:
– Yaxşı, sizin başınıza bir oyun açım, siz də baxın, – deyib, qışqıraraq qulluqçunu çağırır.
Qulluqçu qaça-qaça gəlib durur Mirhüseyn bəyin önündə. – Qulluqçu, aç qapını, yola sal bu qoca
ağılsızları, – deyərək durub otaqdan çıxır.
Kənd sakinləri əsəbi halda evi tərk edirlər. Yol boyu nə edəcəklərini düşünüb, söhbət edə-edə
gəlib çatırlar Bələdiyyə sədrinin binasına. Binanın qapısının bağlı olduğunu görüb, hərə öz evinə
dağılışır. Öz-özlərinə düşünürlər ki, Bələdiyyə sədri öz səhvini bilir, işə də çıxmır.
Artıq vəziyyət gündən-günə pisləşir, kəndin yarısının heyvanı susuzluqdan tələf olur, bostanları
quruyur. Bu hal kənd camaatına iki qat ziyan vurur. Həm susuzluq, həm də tək gəlir mənbələri
olan mal-qaranın, əkin-biçnlərinin tələf olmasına çox üzülürdülər.
Günlərdi kənd sakinləri Bələdiyyə sədrinin qapısına gedir, amma onu nə evində, nə də ofisində
tapmaq mümkün olmur. Heç nəyi vecinə almayan Mirhüseyn bəy isə heç bir şey olmamış kimi
hovuzunda çimir, ağacların, bağın suvarır, öz keyfinə baxırdı.
Artıq yay ayının son həftələri idi, amma buna baxmayaraq, hələ də yandırıcı istilər gün ərzində
torpağı əritməyə davam edirdi.
Bir səhər kənddən qəribə səslər duyulur. Mikrofonla çıxış səsləri eşidilir. Bu səsləri eşidən kənd
camaatı kənd meydanına toplaşır. Onlar gözlərinə inana bilmir. Kəndin Bələdiyyə sədri qaçıb
getdiyindən şəhərdən, nazirlikdən bir müddətliyinə seçkilərə qədər bir sədr təyin olunmuşdu. Bu
sədr isə kəndin əvvəlki müəllimi, hamının sevimlisi, daima kəndin dərdinə yanan, kəndliyə arxa
çıxan Mustafa müəllim idi. Mustafa müəllim 33 yaşında, ucaboy, yaraşıqlı, seyrək saçlı subay
oğlan idi. Eşitdiklərinə inana bilməyən kənd sakinləri sevinc içində Mustafanın qabağına qaçır,
kimisi əl tutur, kimisi üzündən, kimisi də alnından öpürdü.
Bu səs-küyə çölə çıxan Mirhüseyn bəy əlini belinə qoyub, yoldan keçənlərə qışqırmağa
başlayır.
– Eyyy, bura baxın! Nə olub, nə baş verib orda??
Bir neçə dəfə belə səsləyir, amma heç kim ona hay vermir. Əsəbləşən Mirhüseyn bəy iti
addımlarla kənd meydanına sarı yeriməyə başlayır. Tər-qan içində gəlib meydana çatır. Mənzərə
qarşısında onun dili tutulur, gözləri qaralır, sanki göydən başına daş yağır. Artıq yeni sədr
gəlmişdi. Onun bütün işləri alt-üst olacaqdı. Pul verib öz həyətinə, istixanasına yönləndirdiyi
kəndin suyu əlindən alınacaqdı. O tələsik evinə yollanır. Kənd camaatı isə sevincindən toy-bayram
edir. Dərdlərini, su problemini bir-bir Mustafaya danışırlar. Mustafa – “dərhal bu işə əl qoyacam,
narahat olmayın”, – deyir. Nazirliklə əlaqə saxlayır. Dərhal komissiya qrupu tələb edir. Onlar
komissiyanın sabah günorta kənddə olacaqlarını bildirirlər. Kənd camaatı bunu eşidib çox sevinir.
Axşam düşür, hava qaralır. Mustafa evindən çıxıb hava almaq üçün üzü kəndin girəcəyinə
doğru yeriyir. Kəndin girəcəyində Mirhüseyinin villası onun diqqətini cəlb edir. Diqqətlə bir neçə
dəqiqə villanı süzür. Balkondan bunu görən Mirhüseyn tələm-tələsik əynini geyinib, qapıya çıxır.
Qapını açıb, Mustafaya tərəf gəlir:
– Salam, rəis! Xoş gördük deyib, – Mustafanın əlini sıxır.
Mustafa savadlı, dünyagörüşlü və ziyalı bir gənc idi. Onun baxışlarını heç bəyənməmişdi.
Salamlaşıb yavaşca:
– Siz deyəsən eyni zamanda qarşıdakı istixanaların da sahibisiz, elə deyilmi?
Mirhüseyin genəlib:
– Bəli, düz tapmısınız. O istixanaların da, bu villanın da sahibiyəm. Hələ şəhərdə nələr-nələr
varımdır.
Mustafa bu sözlərdən sonra öz-özünə düşünüb, qərara gəlir ki, bu Mirhüseyn bəy həqiqətən də
görməmiş insandır. Şaiyələr də həqiqətdir deyəsən, – deyə düşünür.
Mirhüseyn:
– Rəis, yaman fikrə getdin, nə olub?
– Heç… Bilirsiz ağlıma nə gəldi? Bu kəndin su məsələsi. Yoxa çıxan, ya da qarşısı kəsilən su
xəttləri, – deyib Mirhüseynə tərəf baxdı.
Mirhüseyn çoxbilmişlikdə ondan geri qalmırdı.. Bir nəfəsə:
– Rəis, deyəsən nəsə bilirsən, hə? – deyib gülməyə başladı.
Mustafa isə qəzəblı:
– Boynunuza alırsınız demək, maşallah! – Deyib bir papiros yandırdı.
Mirhüseyn əsəbləşdi:
– Rəis, gəlin açıq danışaq.
Mustafa:
– Buyurun, – dedi.
– Bax, mən imkanlı adamam. İstixanalarım var. Onların inkişafı üçün su lazımdır. Kənddə gələn
su onsuz da azdır, onun mənə düşən payıyla heç nə edə bilməzdim. Gəl, anla məni. Aramızda həll
edək. Ağıllı, savadlı insansan. Başın ağramasın, hə?
Bu sözləri eşidən Mustafanı sanki cin vurdu, yerindən atıldı:
– Mirhüseyn bəy! Həddinizi aşmayın, qarşısında Bələdiyyə sədri dayanıb, siz məni özünüzlə
səhv salmayın. Onsuz da nazirliyə bu suyla bağlı məlumat vermişəm. Sabah günorta komissiya
qrupu burda olacaq. Darıxmayın, Mirhüseyin bəy, – deyib oradan uzaqlaşdı.
Yumruğun bərk sıxıb divara vuran Mirhüseyn əsəbi halda evinə girdi.
Səhər saat səkkizin yarısı idi. Xoruzlar banlayır, həyətlərdən insanların səsləri gəlirdi. Mustafa
müəllim qapı-qapı gəzir, insanların dərdini dinləyir, istəklərini lazımı qurumlara çatdırmaq üçün
qeydlər edirdi. Mustafa müəllim kəndin girəcəyinə qədər bütün evləri gəzmişdi. Sonuncu evdən
sonra artıq Mirhüseyn bəyin evi, qarşısında hektarlarla istixanası yerləşirdi. Mustafa müəllim
villanın qarşısına çatıb, səbrli şəkildə Mirhüseynin dünən dediklərini, ona açıq-açıq rüşvət təklif
etdiyini düşünüb, səbrini saxlaya bilməyib əsəbləşdi. Amma bir yandan da nazirliyin
nümayəndələrini dörd gözlə gözləyirdi.
Artıq saat 14:30 olmuşdu. Bələdiyyə binasının qabağında qara, dövlət markalı bir maşın
dayandı. İçindən iki kostyumlu bəy, bir də eynəkli rəsmi geyimdə bir xanım düşür. Bəylərdən biri
sürücü, digər kişi və qadın komissiya sədri və müavini idi. Onlar Bələdiyyə binasına giriş edirlər.
Mustafa onları qarşılayır, qonaq məntəqəsinə aparıb, əyləşdirir. Nümayəndələr kənd sakinlərindən
bu məsələni eşitmək istədiklərini bildirirlər. Mustafanın müavini bütün sakinləri meydana toplayır.
Hamı maraqla nümayəndə heyyətini gözləyir. Heyət gəlib hamıyla salamlaşır. Sakinlərə bu yay
burda nələr olduğunu bir-bir danışmalarını istəyirlər. Kəndin ziyalıları, ağsaqqaları məsələni birbir danışır. Sonuncu danışan kənd ziyalısı, klub müdiri isə Mirhüseyn bəydən və köhnə Bələdiyyə
məsələsini danışır. Bu sözlərdən çox təəccüblənən heyyət, bu məsələni bir də Mustafa müəllimdən
eşitmək istədiklərini deyirlər.
Mustafa müəllim bir neçə gündür vəzifəyə gəldiyinə baxmayaraq, araşdırdığı nə varsa danışır.
Heyət, Mustafa müəllim və kənd ziyalıları Mirhüseyn bəyin villasına doğru yol alırlar. Heyətin
Mirhüseynin evinə gedəcəyini qulluqçusu kənddən eşidib, qaçıb tələsik bəyə xəbərləmişdi.
Mirhüseyn isə əsəb içində heyəti gözləyirdi. Heyəti içəri qəbul edən qulluqçu, onları qonaq otağına
dəvət edir. Mirhüseyn bəy otağa daxil olur. O, nazirlikdən gələn heyyət ilə salamlaşıb əyləşir.
– Xoş gəlmisiniz, ayıb çıxmasın, nəsə qəbahətmi işləmişəm, belə basqın edər kimi evimə
gəlmisiz! – deyib, Mustafa müəllimə tərəf tərs-tərs baxır. Bu sözlərdən əsəbləşən heyət:
– Hələ bilinmir! Mirhüseyn bəy, biz su məsələsiylə bağlı Bakıdan gəlmişik. Bu işdən sizin də
xəbərinizin olduğunu eşitdik. Onun üçün burdayıq.
Mirhüseyn öz-özünə düşünürdü ki, yüz faiz Mustafa müəllim onlara deyib ki, kənddə gələn
suyun qarşısın mən kəsmişəm, qəzəbli şəkildə Mustafa müəllimə baxıb, əlini ovuşdururdur. Bir az
söhbətdən sonra heyət istixananı ziyarət edib, oradan su xətləri yerləşən çuxurdan fotoşəkillər,
video görüntülər götürürlər, qeydlər aparıb, araşdırmaq üçün şəhərə yola düşürlər.
Səhərisi gün Mustafa müəllimin köməyi ilə kənddə maşınlarla su gətirilir. Kənd camaatı vedrə,
ləyən nə varsa doldurub evlərinə, həyətlərinə su daşıyırdı. Mustafa müəllim kimi sədrləri olduğu
üçün də çox xoşbəxt idilər. Amma Mirhüseyn bəy qəzəblə hər an Mustafa müəllimi izləyirdi, onu
qaralamışdı. Mustafa müəllim o qədər qəlbi təmiz, dürüst insan idi ki, kənd onun haqqında əsla pis
düşünmürdü.
Günlərin bir günü günorta saatları idi. Kimi torpaq becərir, kimi həyət yuyur, kimi də
heyvanlarını güdürdü. Mustafa müəllimin hər həftə kənddə gətirdiyi su maşınları sakinlərin
köməyinə çatırdı. Artıq kənd camaatı bostanların, mal-qarasını rahat şəkildə suvara bilirdi. Bir
həftə keçməyinə baxmayaraq, nazirlikdən su ilə bağlı hələ xəbər gəlməmişdi. Mustafa müəllim
hər gün zəng edib maraqlanır, soruşurdu, amma hər dəfə onu yola verib dəstəyi qoyurdular. Sən
demə, Mirhüseyn bəy qurumdan adam tapıbmış; külli miqdarda rüşvət verib komissiyanı, heyəti
susdurubmuş ki, bundan nə Mustafa müəllimin, nə də sakinlərin xəbər yox idi.
Günlər beləcə keçirdi. Artıq sentyabrın ortaları idi. Arada şimşək çaxır, çiskin yağış yağırdı.
Kəndin su problemindən bir xəbər yox idi. Mustafa müəllim yenə də hər həftə kəndə maşınla su
gətizdirib, su problemin belə həll etməyə çalışırdı.
Günlərin bir günü kəndin girəcəyindən, Mirhüseyn bəyin villasından bir qışqırıq qopur. Bu səs
bütün kəndi silkələyir. İnsanlar əllərində gördüyü işi atıb, villaya tərəf qaçır – hətta Mustafa
müəllim də. Kənd sakinləri və Mustafa müəllim Mirhüseyn bəyin həyətinə daxil olur. Bu,
qulluqçusunun qışqırığı idi. Onlar səs gələn tərəfə, yəni həyətin arxası hissəsinə qaçırlar. Hamı
gördüyü mənzərədən donub qalır. Mirhüseyn bəy – qosqocaman Mirhüseyn Ağa yarıçılpaq şəkildə
hovuzun bir küncündə, başı boynunda uzanıb. Sən demə, hovuzun üstündən gedən elektrik xətləri
qoparaq, hovuzda çimən Mirhüseynin başına düşüb. Suyun içində elektrik vurub onu. Bütün kənd
sakinləri və Mustafa müəllim, Mirhüseyin bəyi sevməsələr də üzülürlər. Bu zaman küncdə
oturaraq, əlini üzünə tutan qulluqçu ağlayaraq hər şeyi danışır. Mirhüseyin bəyin su xəttininin
qarşısını necə kəsdiyini, necə köhnə bələdiyyə sədrinə və son gələn məmurlara rüşvət verərək işin
üstünü örtüyünü bir-bir danışır.
Hamı təəccüblənir. Bir Mustafa müəllimdən başqa. O Mirhüseyn bəyə tərəf baxaraq, belə deyir:
– Ey, ağalar ağası, lovğa Mirhüseyin bəy! Kənddən, yazıq sakinlərdən oğurladığın su ilə
doldurduğun hovuzunda çimirdin bu sakinlərə acıq verə-verə. İndi də hovuzdasan, hə! Amma diri
olaraq yox, ölü olaraq