Kamran Əliyev özünə yeni köməkçi təyin etdi

 

Baş prokurora yeni köməkçi təyin olunub.

Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev baş prokurorun köməkçisi təyin edilib.

Təyinatla bağlı məlumatı Baş Prokurorluqdan Oxu.Az-a təsdiq ediblər.

Qeyd edək ki, bu barədə ilk xəbəri sabah.az saytı yayıb.

Könül Cəfərli

Source link