Hər iki doza vaksini vurduran şəxslər yenidən peyvəndlənəcək? – AÇIQLAMA

 

“Vaksinin hər iki dozasını vurduran şəxslərin altı aydan sonra yenidən vaksin vurdurub-vurdurmayacaqlarına dair məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, üçüncü rübün sonuna doğru yekun qərar verilə bilər:

“Qeyd etdiyim kimi aparılan kliniki çalışmaların yekun nəticələri üçüncü rübün sonunda ictimaiyyətə elan ediləcək. Bu gün üçün belə bir qərar yoxdur”.

Könül Cəfərli

Source link