Azərbaycan əhalisinin sayı açıqlandı

 

İlin əvvəlindən ölkə əhalisinin sayı 13 min 945 nəfər və ya 0,14 faiz artıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci il may ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10 milyon 133 min 78 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri təşkil edir. Ümumi əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlardır.

Nigar Məmmədova

Source link