Çavuşoğludan Azad Rəhimovla bağlı paylaşım


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı paylaşım edib. 

O, fikirlərini “Twitter” hesabında bölüşüb:

“Can Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov qardaşımızın vəfatını böyük kədər hissi ilə qarşıladım. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”.