Türkiyənin sabiq səfiri Şuşada konsulluğunun açılması xəbərini təkzib etdi


Azərbaycanın Şuşa şəhərində Türkiyənin konsulluq açacağı xəbəri təkzib edilib.

Bu barədə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc özünün “Twitter” hesabında bəyan edib.

Diplomat bu xəbərləri rəsmi olmadığını vurğulayıb:

“Vaxtı gələndə səhlahiyyətli orqanlar tərəfindən rəsmi açıqlama veriləcək”, – deyə o, bildirib.