Türkiyənin Gənclər və İdman naziri: “Azərbaycanın və ölkəmizin başı sağ olsun”

Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Bununla bağlı “Twitter” hesabında paylaşım edən qurum rəhbəri bu xəbəri eşidəndə dərin kədər hissi keçirdiyini bildirib.

“Azərbaycanın Gənclər və İdman naziri cənab Rəhimov ölkələrimiz arasında münasibətlərin inkişafında hər zaman öz töfhəsini verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə isə səbr diləyirəm. Azərbaycanın və ölkəmizin başı sağ olsun”, – deyə o, vurğulayıb.