SON DƏQİQƏ: Moldovada parlament buraxıldı-Rusiyanın Danestr plani alinmadi

Moldova Prezidenti Maya Sandu parlamentin buraxılması haqqında fərman imzalayıb.

Dunyaxeber.org BBC-ə isinadən xəbər verir ki, növbədənkənar seçkilər iyulun 11-də keçiriləcək.

Onun sözlərinə görə, bu qərar Vətəndaşlara qanunverici orqanın yeni tərkibini xalqın və ölkənin maraqlarına xidmət edəcək şəxsləri seçməyə imkan verəcək. Sandu əmindir ki, onun həmvətənləri insanların sülh və firavanlıq içində yaşayacağı inkişaf etmiş və demokratik dövlət yaratmaq üçün düzgün yol seçəcəklər.

Hökumət səsvermənin hazırlanması və keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayırmalıdır.

Xatırladaq ki, Maya Sandu prezident seçildikdən dərhal sonra Moldovanın işğal edilmiş Dnestryanı bölgəsindən Rusiya sülhməramlılarının çıxarılmasını tələb etmişdi.